“Trampın müsəlmanlar haqqında fikirləri immiqrasiyadan çox terrorizm problemi ilə bağlıdır” Jason Katz-özəl

Müsahibələr 15:00 22.11.2016
ABŞ-da "The Tool Shed Group"un yaradıcısı və rəhbəri Jason Katz  “Eurasia Diary”yə Trampın prezident seçilməsi ilə bağlı  müsahibə verib. 
 
Eurasia Diary: Amerikada keçirilən prezident seçkilərinin nəticələrini necə qiymətləndirirsiniz?
 
Jason Katz: Ölkəmdəki seçki nəticələri qarışıqdır. Trampın prezident olacağına çoxları inanmırdı, sorğulara əsasən Klintonun prezident seçiləcəyi düşünülürdü.  Buna görə də, Donald Trampın prezident seçilməsi  böyük bir sürpriz oldu.
 
Eurasia Diary: Xarici mediada verilən xəbərlərə görə, seçkilərin nəticələri elan edildikdən sonra ABŞ-da Trampa qarşı etirazlar başladı və ABŞ vətəndaşları Kanadaya mühacirət etməyə qərar verdilər.  Sizcə, bütün bunlar ciddi bir iddiadır, yoxsa oda benzin tökmək funksiyası daşıyır?
 
Jason Katz: Amerikanın mühüm bir hissəsinin kədərli olduğunu düşünürəm. Amma kiminsə köçdüyünü eşitməmişəm. Məşhur amerikalıların Kanada və ya Birləşmiş Krallığa miqrasiya etməsilə bağlı dediklərini də ciddi qəbul etmirəm. Ümumi səsvermə  yarı-yarıya nəticələndi. Xalqın ümumi səsverməsi  mühüm bir amildir, amma Amerika seçkilərində son sözü seçicilər kabineti deyir. Çünki, ABŞ birbaşa demokratik bir ölkə deyil, təmsilçi demokratiyasına söykənən bir ölkədir. Tramp da bu sistem üzərindən qalib gəldi.
 
Etirazçıların tərkibinə nəzər yetirsək, görərik ki, onların çoxu gənclərdir. Onlardan bir çoxu liberal olmağa, etirazlara daha çox meylli kollec tələbələridir.  İnsanların çoxunun  yalnız ruhi baxımdan deyil, intellektual düşüncə baxımından da kədərli olduğunu söyləməliyik. Buna baxmayaraq, əhəmiyyətli bir təbəqənin Donald Trampa səs verərək onun rəhbərliyinə inandığını da qeyd etməliyik.
 
Eurasia Diary: Trampın miqrant siyasəti və müsəlmanlara olan münasibətini necə dəyərləndirirsiniz?
 
Jason Katz: Tramp qanunsuz miqrasiya siyasəti mövzusunda çox tələbkardır və hələ də elədir.  Xüsusilə, ABŞ-ın Meksika, Mərkəzi Amerika və Cənubi Amerikanın bəzi bölgələri ilə bağlı məsələsində daha həsassdır.  Onun belə düşünməsi üçün haqlı olduğu tərəflər də var. Amma mən, qanunsuz miqrasiyanın ABŞ iqtisadiyyatını yaxşı mənada dəstəklədiyini hesab edirəm. Məsələn, Kaliforniyada ABŞ meyvələrini ABŞ vətəndaşları toplamır. Onlar ABŞ-n böyük bir qisminin görmək istəmədiklərini edirlər. Buna görə də, onların ABŞ-da qanun çərçivəsində işləməsi üçün bir yolun olduğuna inanıram.
 
Müsəlmanlar məsələsinə gəlincə isə bu, tamamilə fərqli və bizi narahat edən bir faktordur.  Tramp ağlına gələni edən  bir insandır. Məncə o, əvvəl danışan, daha sonra düşünən bir insandır. O, çıxış edərkən  emosional olur, sonradan isə daha yaxşı şəkildə düşünür. Bu bir siyasətçi üçün ən yaxşı üslub deyil, amma yeni prezidenti  bu şəkildə qəbul etmək məcburiyyətindəyik.
 
Mən, təbii ki, onun amerikalıya yaraşmayan və təhlükəli bir siyasət yürüdüb müsəlmanları təyyarəyə mindirib göndərməyəcəyinə ümid edirəm. Onun daha çox miqrantların hər hansı ölkədən təsadüfi məqsədlə sərhədləri keçərək, təyyarə və ya qayıqla, hər hansı bir üsulla  gəlməsindən narahat olduğuna inanıram. Mən düşünürəm ki, onun müsəlmanlar haqqında fikirləri terrorizm probleminə daha çox aid idi, nəinki immiqrasiya.  
 
 
Eurasia Diary: Bütün dünyanın marağı  Trampın Rusiya və Çin ilə quracağı münasibətlərə köklənib. Bu barədə nə deyə bilərsiniz?
 
Jason Katz: Tramp maraqlı bir insandır. O siyasətçi və ya bir diplomat deyil. Bütün təcrübəsini  iş dünyasında qazanmış biridir.  Çinlə bağlı onun çətin bir oyun içərisinə daxil olacağını düşünürəm. Nə qədər çətin olacaq, bunu zaman göstərəcək. Məncə, Çin, Amerikada bizim "özünü meymuna çevirmə" - deyə adlandırdığımız kiber müharibə ilə - öz iqtisadiyyatını dalğalandıraraq, valyutanı devalvasiyaya məruz qoymaqla öz məhsullarını ABŞ məhsullarından daha cəlbedici etməsinə görə, Tramp rəhbərliyi tərəfindən cəzalandırılacaq. Trampın xarici siyasətində milli maraqları önə çıxaracağını deyə bilərəm. 
 
Eurasia Diary: Tramp və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev arasında telefon danışığı oldu. Siz Trampın prezidentliyi zamanı ABŞ və Azərbaycan arasında gələcək münasibətlərin  inkişafını necə görürsünüz?
 
Jason Katz: Hökumət və Trampın administrasiyası hələ formalaşma prosesindədir. Prezident Əliyev və ABŞ-ın yeni seçilmiş prezidenti arasında telefon söhbəti  yaxşıya işarədir. Bütün dünya liderləri yeni prezidenti  təbrik etdilər. Burada mən qeyri-adi heç nə görmürəm.  Mən eşidirəm ki,  Donald Tramp Dağlıq Qarabağ probleminin həllində maraqlıdır. Dağlıq Qarabağ münaqişəsi  dondurulub. Aprel hadisələri bizə göstərdi ki, iki ölkə istənilən vaxt müharibəyə başlaya bilər. Bu müharibə regional səciyyə də daşıya bilər. Ola bilsin ki, Rusiya və Türkiyə də regional müharibəyə cəlb edilsin. Bu da hadisələrin inkişafında qorxunc variantlardan biridir və ABŞ-ın xarici siyasət sahəsinə daxil olan məsələlərdən biridir.  

Eurasia Diary, Fəxri Vəkilov

 

Tərcümə:Vüsalə Əlövsətqızı

 
 

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
20:00 13.05.2024
“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
19:51 13.05.2024
Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
15:30 13.05.2024
Almatı görüşü iki ölkə arasında sülh müqaviləsini tezləşdirəcəkmi? – Politoloqdan AÇIQLAMA
15:30 13.05.2024
Bu qadınların maaşları ARTIRILA BİLƏR
15:25 13.05.2024
Ukrayna niyə müdafiə oluna bilmir?
Ukrayna niyə müdafiə oluna bilmir?
15:20 13.05.2024
YAP Umud Mirzəyevi Fəxri Fərmanla təltif etdi – FOTO
15:00 13.05.2024
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
14:59 13.05.2024
İranda yeni nüvə reaktoru tikiləcək
İranda yeni nüvə reaktoru tikiləcək
14:50 13.05.2024
"Qarabağ"a qızıl medal və kubok bu stadionda veriləcək
14:46 13.05.2024
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
14:32 13.05.2024
Babək prospektində piyadanı maşın vurdu - Sıxlıq yaranıb
14:15 13.05.2024
“Azərbaycanda minimum əməkhaqqı kifayət qədər azdır” – İqtisadi ekspert açıqlayır
14:00 13.05.2024
Bu məhkəmələrə yeni hakimlər təyin edildi - SİYAHI
13:46 13.05.2024
Qarabağda ötən həftə aşkarlanan minaların SAYI
13:27 13.05.2024
Ötən ay Azərbaycanda ən çox ucuzlaşan məhsullar – SİYAHI
13:05 13.05.2024
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
13:00 13.05.2024
"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir
13:00 13.05.2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:50 13.05.2024
Hamısı