İsveçrənin Alp dağlarında Oberleç buzlaqları ərazisində helikopter qəzaya uğrayıb.
“EDnews” xəbər verir ki, qəzanın nəticələri "Blick" portalının yaydığı videoda əks olunub.
Hadisənin şahidi Yan Baderçer nəşrə bildirib ki, iyunun 28-də günortadan sonra o, həyat yoldaşı ilə Sparrhorn dağının qarşı tərəfində gəzirmiş. Onların gözünün qabağında helikopter yerə düşüb, çevrilib və tüstülənməyə başlayıb.
Hadisənin baş verdiyi yerin təxminən 2500 m yüksəklikdə - Qross Fushorn dağı ilə buzlaq arasında olduğu dəqiqləşdirilir.
Təsdiqlənməmiş məlumatlara görə, təyyarədə üç-dörd nəfər olub. İlkin məlumata görə, onlardan biri ölüb, digəri isə ağır bədən xəsarətləri alıb. Lakin bu barədə rəsmi məlumat daxil olmayıb.