"Prezidentin işğaldan azad olunan kəndlə bağlı sərəncamı həm yerli ictimaiyyətə, həm də beynəlxalq aləmə mesajdır" Əflatun Amaşov

Siyasət 00:21 26.01.2017
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cəbrayılın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasını nəzərdə tutan Sərəncamı hər kəs kimi məni də hədsiz sevindirdi. Bununla əlaqədar bir neçə məqama diqqət çəkmək istərdim.
 
Təsəvvür edək ki, bir azərbaycanlı iyirmi, otuz, qırx, əlli, yüz il sonra bu Sərəncam ilə tanış olur. Adam nə düşünür? Torpağımız işğal olunubmuş. Demək ki, yaşadığı coğrafiyanın həssaslığı baxımından bu Vətən üçün işğal təhlükəsi var və bu təhlükəyə qarşı səfərbərlik mütləqdir".
 
Bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
 
Ə.Amaşov qeyd edib: "Vətənimiz dəfələrlə işğal edilib. Nə vaxtsa, olubmu ki, işğaldan azad edilmə mühüm dövlət sənədimizdə əksini tapsın?
 
Bu, ilk dəfədir. Torpağımızı işğaldan azad edə bilirik. Millət olaraq bu təpəri özümüzdə tapırıq. Deməli, var olmağa, yaşamağa layiqik.
 
Cənab İlham Əliyevin məlum Sərəncamı həm yerli ictimaiyyətə, həm də beynəlxalq aləmə mesajdır. Yeni "aprel müharibəsi" mesajı. Əlbəttə, danışıqlar fayda verməsə, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək hüququnu özündə saxlayır.
 
Dövlət başçımız bunu dəfələrlə bildirib. "Aprel müharibəsi" onun prinsipial mövqeyinin təsdiqi idi. İmzaladığı Sərəncam isə bir kəndin işğaldan azad edilməsinin timsalında düşmən əsarətində olan hər bir kənd və qəsəbəmiz üçün qurtuluş və nicat yolunun mütləqliyinin vurğulanmasıdır.
 
Torpağımızın bir qarışı belə işğalda qalmayacaq. 2016-cı ilin "aprel müharibəsi" zamanı xalq olaraq nümayiş etdirdiyimiz əzm və iradə bunu təsdiqlədi.
 
Prezident Sərəncamı da xalqın ruhundan qaynaqlanır. Sənədin preambulasına diqqət yetirək:
 
"Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur.
 
Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır".
 
Bəli, xalqımız torpağını, doğma yurd-yuvasını azad görmək istəyir ki, orada yaşasın, qursun-yaratsın. Cocuq Mərcanlının bərpası ilə ərazi bütövlüyümüzün bərpasına doğru yeni yol açırıq. Yolumuz uğurlu olsun!"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Hamısı