"Həyata keçirdiyimiz hər bir layihə..." Mehriban Əliyeva

Siyasət 19:25 27.10.2017
Oktyabrın 27-də Sabirabad rayonunda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Birinci Konfransı keçirilib.
 
İctimai Birlikdən verilən məlumata görə, konfransda Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, RİİB könüllüləri, müxtəlif regionların, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
 
Əvvəlcə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın konfrans iştirakçılarına təbrik məktubu oxunub.
 
Məktubda bildirilir ki, bu gün Azərbaycan müstəqil siyasət yürüdən, beynəlxalq aləmdə ciddi mövqe qazanan qüdrətli dövlətdir: "Ölkəmizin bütün şəhər və rayonlarında abadlıq-quruculuq işləri aparılır, yeni təhsil və tibb müəssisələri inşa edilir, infrastruktur layihələri həyata keçirilir. Heydər Əliyev Fondu da yarandığı ilk gündən ictimai həyatın, demək olar ki, bütün sahələrində fəal iştirak edərək əhalinin müxtəlif problemlərinin həllinə çalışır. Bizim həyata keçirdiyimiz hər bir layihə, ilk növbədə, vətəndaşların maraqlarını qorumağa, köməyə ehtiyacı olan insanlara yardım etməyə yönəlib. “Regional İnkişaf” İctimai Birliyini təsis edərkən əsas məqsədimiz dövlət qurumları, qeyri-hökumət təşkilatları, sahibkarlar və yerli əhali arasında konstruktiv əməkdaşlıq modeli yaradaq insanları narahat edən problemlərin aradan qaldırılmasına nail olmaq idi. Düşünürəm ki, biz bunu bacardıq. Regionlarda ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu, ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatını əhatə edən mühüm layihələrin reallaşdırılması istiqamətində uğurlu nəticələr əldə edilmişdir. “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüslərinə qoşularaq layihələrin icrasında xüsusi fəallıq göstərən könüllülərin fəaliyyətini qeyd etmək istəyirəm. Siz, Azərbaycan gəncləri olaraq, dövlətin sizə göstərdiyi yüksək diqqət və qayğıya layiqincə cavab verərək ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilmisiniz. Amma qarşıda sizi yeni hədəflər, yeni vəzifələr gözləyir. Hər birinizə bu şərəfli və xeyirxah, eyni zamanda, məsuliyyətli işinizdə müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, konfransda aparılacaq geniş və səmərəli müzakirələr gələcək fəaliyyətinizdə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə öz töhfəsini verəcəkdir”.
 
Konfransda çıxış edən Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Fondu yarandığı ilk gündən humanizm və insansevərlik ideallarına arxalanaraq xalqımıza xidməti özünün başlıca məqsədi kimi müəyyən edib. Onun sözlərinə görə, Heydər Əliyev Fondu hər zaman fəaliyyətində cəmiyyətimizin daha çox qayğıya ehtiyacı olan təbəqələrinə - valideyn himayəsindən məhrum olmuş uşaqlara, şəhid ailələri, qaçqın və məcburi köçkünlərə, qocalara və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yönələn layihə və proqramların icrasını ön plana çəkir. “Regional İnkişaf” İctimai Birliyinin təsis edilməsində əsas məqsəd isə bölgələrdə yaşayan vətəndaşların üzləşdiyi problemlərin, yerli əhalini kompleks şəkildə narahat edən məsələlərin aradan qaldırılmasına yönəlib.
 
Anar Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsinin nəinki bölgələrin, ümumiyyətlə bütün Azərbaycanın inkişafına təsir etdiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrasının ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoyduğunu vurğulayıb. Bununla yanaşı, insanların müxtəlif növ problemlərlə üzləşərək onların həlli üçün ayrı-ayrı qurumlara müraciət etdiyini deyən Anar Ələkbərov “Regional İnkişaf” İctimai Birliyinin məhz həmin problemləri aidiyyəti təşkilatlara çatdıran vasitəçi qurum kimi fəaliyyətə başladığını bildirib.
 
Birliyin fəaliyyət dövrü ərzində vətəndaşlardan daxil olan müraciətlərə həssaslıqla yanaşaraq əməkdaşlığa daim hazır olan strukturlara təşəkkürünü bildirən Anar Ələkbərov vətəndaşların müraciətlərinə lazımi diqqət göstərməyən qurumlarla da rastlaşdıqlarını təəssüflə qeyd edib.
 
Təşkilatın fəaliyyətində RİİB könüllülərinin rolunu xüsusi qeyd edən Anar Ələkbərov onların İctimai Birliyin bütün tədbirlərində fəal iştirak etdiyini, hazırda 350-dən çox könüllü korpusunun oldugunu deyib. Könüllülərin idman tədbirlərində, marafonlarda, xeyriyyə aksiyalarında, ekoloji layihələrdə, xüsusilə də ağacəkmə kampaniyalarında yaxından iştirakı təqdirəlayiqdir.
 
Daha sonra “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətindən bəhs edən film nümayiş olunub. Filmdə RİİB-in yaradılması, regionlarda vətəndaşlarla görüşlər, müraciətlərin qəbulu, müxtəlif sahələri əhatə edən layihələrin həyata keçirilməsi, RİİB-də könüllülük fəaliyyəti ilə bağlı görülən işlər öz əksini tapıb.
 
Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycana Birgə Yardım təşkilatının (UAFA Azərbaycan) təsisçisi Qvendolin Börçell “Regional İnkişaf” İctimai Birliyi ilə UAFA Azərbaycanın həyata keçirilən birgə layihələri barədə məlumat verib. Qeyd olunub ki, “Regional İnkişaf” İctimai Birliyi və Böyük Britaniyanın Azərbaycana Birgə Yardım təşkilatı arasında əməkdaşlıq haqqında imzalanan memorandum çərçivəsində UAFA nümayəndələri Biləsuvar və Cəlilabad rayonlarında 300-dən çox aztəminatlı və sosial dəstəyə ehtiyacı olan ailədə görüşlər keçirib, onlara müxtəlif dövlət qurumlarının xidmətlərindən istifadəsinin genişləndirilməsi, ailə sahibkarlığının, davamlı kənd təsərrüfatı imkanlarının inkişaf etdirilməsi, müasir metodologiyalardan istifadə etməklə uşaqlara yönəlik səhiyyə, təhsil, habelə sosial xidmətlər şəbəkəsinin gücləndirilməsi istiqamətində təşkilati və hüquqi yardım göstərib. Qvendolin Börçell birgə layihələrin gələcəkdə də davamında maraqlı olduqlarını qeyd edib.
 
“Regional İnkişaf” İctimai Birliyinin Könüllülərlə iş, layihələr və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qənbərov konfrans iştirakçılarına RİİB-in gələcəkdəki sosial layihələri barədə məlumat verib. Bildirib ki, RİİB-in turizmin inkişafı sahəsi üzrə layihəsi əsasən regionların tarixi və coğrafi potensialını araşdıraraq turizm sahəsində bir sıra innovativ təklifləri özündə ehtiva edəcək. Bunların sırasında elektron xəritə, elektron məlumat bazası və turizm sahəsində müxtəlif elektron xidmətlər var. Bu çoxmərhələli layihə ölkənin artan turizm potensialına əlavə dəstək verməklə regionlara səfər edən turistlər üçün faydalı məlumat bazası olacaq. Habelə region sakinlərinin də bu layihənin imkanlarından yararlanması üçün əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, aztəminatlı ailələrin gəlir əldə etmə imkanlarının genişləndirilməsi, məşğulluğunun təmin edilməsi məqsədilə ailə təsərrüfatlarının inkişafı, inklüziv təhsil layihəsi, fiziki və əqli məhdudiyyətli uşaqların təhsil imkanlarının genişləndirilməsi üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
 
Konfransda RİİB könüllüləri adından çıxış edən Gülpəri Kərimli İctimai Birliyin gənclərin könüllülük fəaliyyətinə cəlb olunmasına və onların ölkə üzrə şəbəkələşməsinə böyük əhəmiyyət verdiyini, bu məqsədlə müxtəlif layihələr və proqramlar həyata keçirildiyini, bir sıra tədbirlərdə könüllülərin kütləvi iştirakının təmin edildiyini diqqətə çatdırıb.
 
O qeyd edib ki, həyata keçirilən bütün bu təşəbbüslər gənclərə vətənpərvərlik ruhunun və dövlətçilik ənənələrinin aşılanmasına, könüllülər arasında sosial məsuliyyət hissinin artırılmasına və onların fərdi inkişafına yönəlib:
 
“Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman hiss edərək ölkəmizin daha da inkişafında və güclənməsində fəal iştirak edir, dövlətçilik ənənələrini uca tutur. Əmin ola bilərsiniz ki, müstəqil Azərbaycanın gəncləri, “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri olaraq bundan sonrakı fəaliyyətimizdə də ölkəmizin inkişafı yolunda səylərimizi əsirgəməyəcəyik”.
 
Tədbirdə çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Prezident İlham Əliyevin rəhbərliyi altında gənclər və idman sahəsində, regionların sosial-iqtisadi inkişafında əldə olunan nailiyyətlərdən danışıb. Fuad Muradov “Regional İnkişaf” İctimai Birliyinin yaradılmasının regionların həyatında mühüm hadisə olduğunu vurğulayıb. RİİB-in regionlarda ictimai nəzarətin həyata keçirilməsində, region sakinləri ilə dövlət və bələdiyyə orqanları arasında dialoqun inkişaf etdirilməsində göstərdiyi təşəbbüslərə diqqət çəkən millət vəkili təşkilatın vətəndaşların sosial problemlərinin araşdırılması və həllinə dəstək istiqamətində göstərdiyi fəaliyyəti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun gördüyü xoşməramlı işlərin davamı kimi dəyərləndirib.
 
Konfransda Anar Ələkbərov və Fuad Muradov tərəfindən RİİB-in fəaliyyətində, eləcə də “Gəncə Marafonu - 2017”də fəal iştirak edən könüllülərə təşəkkürnamələr verilib.
 
Konfransın ilk hissəsinin sonunda iştirakçılar adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət oxunub.
 
Müraciətdə qeyd edilib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2016-cı ilin fevral ayında təsis edilən “Regional İnkişaf” İctimai Birliyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğunda əhəmiyyətli layihələr reallaşdırmaq, dövlət tərəfindən aparılan islahatlar, o cümlədən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməkdir:
 
“Dövlət proqramlarına dəstək olaraq “Regional İnkişaf” İctimai Birliyi tərəfindən bölgələrdə elm, təhsil, səhiyyə, mədəniyyət, sosial, idman, ekologiya, İKT və infrastruktur layihələri həyata keçirilir. Fəaliyyət göstərdiyimiz qısa müddət ərzində insan kapitalının formalaşdırılması, əhalinin tibbi sağlamlığının mühafizəsi, sosial-məişət təminatının yaxşılaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilib, xüsusi qayğıya ehtiyacı olan və fiziki imkanları məhdud şəxslərlə genişmiqyaslı iş aparılıb və ən əsası, aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində vətəndaşların çoxsaylı problemlərinin həllinə nail olunub”.
 
Müraciətin sonunda “Regional İnkişaf” İctimai Birliyi öz fəaliyyətində humanizm, insansevərlik, xalqa və dövlətə xidmət kimi dəyərlərə sadiq qalaraq regionların sosial-iqtisadi inkişafı, Azərbaycanın tərəqqisi naminə bundan sonra da böyük əzmlə çalışacaqları bildirilib.
 
Konfrans işini panel iclaslarla davam etdirib.
 
Tədbir çərçivəsində Anar Ələkbərov və Fuad Muradovun “Regional İnkişaf” İctimai Birliyinin region nümayəndələri ilə görüşü olub. Görüşdə ölkəmizin sosial həyatında gənclərin ictimai fəallığının artırılması, onların könüllü işinə cəlb edilməsi, kütləvi tədbirlərdə iştirak, vətəndaşlarla iş, yeni layihələrin irəli sürülməsində təşəbbüskarlıq və digər istiqamətlərdə müzakirələr olub.
 
Sabirabad rayonuna səfər çərçivəsində RİİB nümayəndələri 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən Sabirabad rayonunun Ulacalı kəndinin ərazisində salınmış yeni qəsəbədə yaşayan sakinlərlə görüşüb.
 
Görüşdə Anar Ələkbərov Fondun gördüyü işlər, həyata keçirilən layihələr barədə məlumat verib, hər kəsi, xüsusilə gəncləri RİİB-in fəaliyyətində yaxından iştiraka dəvət edib.
 
Öz növbəsində vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildirən qəsəbə sakinləri “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətindən məmnunluqlarını ifadə edərək, şəxsi təşəbbüsləri ilə təşkilatın gələcək layihələrinə dəstək göstərəcəklərini deyiblər.
 
Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyinə rayon sakinlərindən yaşayış evlərinə dövlət reyestrindən çıxarışların verilməsi ilə bağlı daxil olmuş kollektiv müraciət əsasında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədilə Ulacalı kəndinin ərazisində yeni salınmış qəsəbədə və ətraf yaşayış məntəqələrində dövlət vəsaiti hesabına 436 ədəd fərdi yaşayış evindən ilkin mərhələdə 105 evə dövlət reyestrindən çıxarış hazırlanaraq təqdim edilib. Komitə tərəfindən eyni zamanda müraciət edən və sənədlərində hər hansı çatışmazlıq olan vətəndaşlara bilavasitə yerində hüquqi xidmətlər göstərilmiş, onlara çatışmayan sənədlərin haradan və necə alınması barədə ətraflı izahat verilib. RİİB-in təşəbbüsü ilə həmçinin, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sözügedən qəsəbədə qaz təchizatı olmayan 36 evə təbii qaz xətti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən isə elektrik təchizatı olmayan 9 evə elektrik xətti çəkilib və sayğaclar quraşdırılıb.
Hadrutdan yeni görüntülər - VİDEO

Xəbər xətti

Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
09:45 24.04.2024
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:40 24.04.2024
Umud Mirzəyev Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasından DANIŞDI
09:35 24.04.2024
Bakıda bu gün 29 dərəcə isti olacaq
09:30 24.04.2024
Hadrutdan yeni görüntülər - VİDEO
09:22 24.04.2024
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
09:19 24.04.2024
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
09:17 24.04.2024
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
09:08 24.04.2024
Qırğızıstan prezidenti Azərbaycana yola düşdü
09:00 24.04.2024
Qırğızıstan prezidenti bu gün Azərbaycana gələcək
08:00 24.04.2024
“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Hamısı