Azərbaycan-İran sərhədində dəmiryolu körpüsünün təməli qoyulub

Siyasət 18:42 20.04.2016

Azərbaycan dövlət başçısının İrana sonuncu səfəri çərçivəsində iki ölkə arasında imzalanan dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Çərçivə Sazişi və Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında müqaviləyə uyğun olaraq, bu gün Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti bildirir ki, təməlqoyma mərasimində Azərbaycan-İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri, Azərbaycanının iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, Azərbaycan və İranın aidiyyəti qurumlarının yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Ş.Mustafayev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın ərazisində Astara dəmir yolu stansiyasından İranın sərhədinə kimi olan 8,3 km-lik yolda aparılan işlərlə tanış olub, yolun torpaq yatağına baxıblar. Hazırda sözügedən ərazidə 100-ə yaxın texnika işləyir. Bu əraziyə 20 min kubmetr qum, 17 min kubmetr daş, 30 min kubmetr çınqıl gətirilib.

Tədbirdə çıxış edən Ş.Mustafayev Azərbaycan-İran əlaqələrinin inkişafında dövlət başçılarının siyasi iradəsi, eləcə də qarşılıqlı səfərlər və keçirilən görüşlərin mühüm rol oynadığını bildirib:“Azərbaycan və İran nəqliyyat sahəsində, eləcə də alternativ dəhlizlərlə müqayisədə tranzit vaxtı və xərclər baxımından rəqabətqabiliyyətli olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində fəal əməkdaşlıq edir. Dəhliz vasitəsilə Hindistandan Rusiya və Avropaya, habelə əks istiqamətdə daşımaların həyata keçirilməsi planlaşdırılır ki, bu da hər il milyonlarla ton yükün ölkələrimiz üzərindən tranzit keçidi deməkdir. İlkin mərhələdə dəhliz vasitəsilə 5 mln. ton, növbəti mərhələdə isə 10 mln. tondan artıq yükün daşınması proqnozlaşdırılır. Bu isə ölkələrimizin tranzit potensialının reallaşdırılmasında, əlavə gəlirlər əldə olunmasında, yeni iş yerlərinin yaradılmasında və ölkələrimizin regionda iqtisadi mövqelərinin daha da möhkəmləndirilməsində önəmli olacaq".

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olacaq dəmir yolu körpüsünün eni 10 metr, uzunluğu isə 82 metr olacaq. 3 aşırımlı və 4 dayaqlı olmaqla layihələndirilən körpünün üzərində hər iki istiqamətdə qatarların hərəkətinin təmin olunması məqsədilə iki xətt quraşdırılacaq. Dəmir yolu körpüsünün tikintisi xərcləri Azərbaycan və İran tərəfindən bərabər paylarla ödəniləcək. Körpünün tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Bu, dəhlizin 1-ci mərhələsi hesab olunan Azərbaycanının ərazisində Astara dəmir yolu stansiyasından İranının sərhədinə kimi 8,3 km-lik yolun, İran tərəfində 1,7 km-lik dəmir yolu xəttinin və yükaşırma terminalının tikintisi işlərinin tamamlanacağı vaxt ilə üst-üstə düşür. Bununla da, iki ölkənin dəmir yolu şəbəkələri birləşdiriləcək.

İranlı nazir M.Vaezi İran və Azərbaycan prezidentlərinin iki ölkə arasında əlaqələrin inkişafını daim diqqətdə saxladığını, bu gün təməli qoyulmuş dəmir yolu körpüsünün də məhz hər iki ölkə rəhbərinin siyasi iradəsinin və əməkdaşlığın inkişafına verdikləri önəmin göstəricisi olduğunu vurğulayıb. O qeyd edib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Astara çayı üzərində dəmir yolu körpüsü Azərbaycan və İran arasında iqtisadi və ticarət əlaqələrinin daha da inkişafında, xüsusilə yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli olacaq.

 

 

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Hamısı