"Rusiya üçün Ermənistan bu qədərmi qorxuludur" Əflatun Amaşov

Siyasət 16:03 04.06.2018

Əflatun Amaşov: “Artyom Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsi hiddət doğurur” 

"Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsi hiddət doğurur. Bu, bilərkəndən edilib. Başqa cür düşünmək üçün əsas yoxdur”.
 
Bu barədə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov öz "Facebook” səhifəsində yazıb. Qeyd edib ki, məsələ ilə bağlı Rusiyanın Azərbaycandakı Səfirliyinə, Rusiyanın jurnalist təşkilatlarına və ölkənin Xarici İşlər Nazirliyinə müraciət etməyi planlaşdırır: "Mətbuat konfransı ilə bağlı yayılmış video-görüntüdə Rusiyanın Xarici İşlər Nazirliyi rəsmisinin Trend İnformasiya Agentilyinin müxbirinə konkret cavab verdiyi əksini tapıb. Cavabdan hər şey adındır. Kojin açıqca bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin ATƏT tərəfindən müəyyənləşdirilmiş həlli yollarına uyğun gəlməyən hay-küylü bəyanatlar qeyri-konstruktivdir. Rusiya XİN rəsmisinin bu fikri Ermənistanın baş nazirinin bir müddət öncə Xankəndində səsləndirdiyi fikirlərə cavabdır. Trend İnformasiya Agentliyinın müxbiri də sualını məhz bunu aydınlaşdırmaq məqsədilə verib. Sonradan Rusiyanın Xarici İşlər Nazirliyinin saytında Kojinin münasibətinin fərqli şəkildə təqdim edilməsi isə təəssüf doğurur. Belə çıxır ki, Rusiya XİN mətbuat katibliyinin rəsmisi əslində azərbaycanlı jurnalisti ittiham edir”.
 
Millət vəkili vurğulayıb ki, diplomatik ənənələrə malik, hazırda ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkənin xarici siyasət idarəsindən belə qeyri-ciddilik gözlənilməzdir: "Əslində məsələnin arxasında nə dayanır? Bu qeyri-ciddilik nə ilə bağlıdır? Məlumdur ki, Kojinin fikirləri Ermənistan mediasında və siyasi dairələrində birmənalı qarşılanmadı. Hətta bildirilmişdi ki, son 15 ildə Rusiya tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistana yönələn belə sərt münasibət olmayıb. Rusiya bundanmı qorxdu? Yoxsa, Kojinin fikirlərinin dəyişdirilməsi siyasi dairələrdə ermənipərəst kimi qiymətləndirilən Lavrovun tərəfkeşliyinin nəticəsidir? Bəlkə Lavrov danışıqlar prosesini uzatmaq üçün yeni cəhd edir. Hər bir halda bütün bunlar super dövlət iddiasında olan Rusiyanın xarici siyasət fəaliyyətinə nüfuz gətirmir”.
 
Şura sədrinin fikrincə, daha bir hiddət doğuracaq məqam ondan ibarətdir ki, Rusiya XİN jurnalistikanı bir növ alətə çevirir: "Jurnalistin qeyri-ciddi obrazını yaradır. Sanki jurnalistin boynuna hər şeyi qoymaq olar. Belə yol seçmək bu qədərmi asandır? Hər kəsin gördüyü həqiqəti danmaq. Özü də nəyə görə? Ermənistana görəmi? Rusiya üçün Ermənistan bu qədərmi qorxuludur. Ya Rusiyanın özü Lavrovdan qorxur?! Yenə də deyirəm, hər şey göz qabağında olub. Jurnalistin sualı da, ona verilən cavab da. Ancaq dünya tarixində bu cür manipulyasiyalar olmayıb. Çox təəssüf...”.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Hamısı