Azərbaycana gələn türk hərbçilər geri qayıtdı - VİDEO | Eurasia Diary - ednews.net

24 Avqust, Şənbə


Azərbaycana gələn türk hərbçilər geri qayıtdı - VİDEO

Siyasət A- A A+

“Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli yola salınması mərasimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasimdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov təlimin yüksək səviyyədə keçirildiyini, iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq, vətənpərvərlik və sarsılmaz qardaşlıq nümayiş etdirdiklərini vurğulayıb.

Tədbirdə təlim iştirakçılarına hədiyyələr təqdim edilib.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti, silah və texnikaları Sədərək sərhəd-keçid məntəqəsindən-Araz çayı üzərindəki “Ümid” körpüsündən xidmət yerlərinə yola salınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...