İlham Əliyev monqolustanlı həmkarını təbrik etdi | Eurasia Diary - ednews.net

21 Sentyabr, Şənbə


İlham Əliyev monqolustanlı həmkarını təbrik etdi

Siyasət A- A A+

Prezident İlham Əliyev Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanı təbrik edib.

 

Eurasia Diary xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Monqolustan əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına daim sülh və rifah diləyirəm".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...