Bu gün səhər saatlarında Hörmüz boğazında İran və İngiltərə arasında ciddi gərginlik yaşanıb.
Eurasia Diary CNN-ə istinadən xəbər verir ki, gərginliyə səbəb Hörmüz boğazından keçən Böyük Britaniyaya məxsus neft tankerinin İran hərbi helikopterləri tərəfindən ələ keçirməyə çalışması olub.
Belə ki, neft tankeri İran sularına daxil olmaq istərkən xəbərdarlıq etmədən beş İran hərbi helikopteri onu dövrəyə alıb, eyni zamanda İran hərbi gəmiləri də ingilis tankerinə doğru hərəkətlənib. Lakin neft tankerini izləyən ingilis hərbi gəmisi İran tərəfinə xəbərdarlıq edib və İran gəmilərini hədəfə alıb.
Nəticədə İran ingilis tankerini ələ keçirə bilməyib.
İran tərəfi bu xəbərləri inkar etsə də "The Guardian"nın verdiyi məlumatlara görə xəbər Böyük Britaniya dövlət rəsmiləri tərəfindən təsdiqlənib.
Qeyd edək ki, bir müddət əvvəl İngiltərə donanması İrana məxsus neft tankerini dənizlər haqqında beynəlxalq konvensiya qaydalarını pozması səbəbilə ələ keçirmişdi.