Türkiyənin Bakıdakı səfirliyi FETÖ-nün çevriliş cəhdinin ildönümünü qeyd etdi

Siyasət 17:53 15.07.2019

Bakıda Fətullahçı terror təşkilatının (FETÖ) Türkiyədə 2016-cı il iyulun 15-də hərbi dövlət çevrilişinə cəhdinin 3-cü ildönümünə həsr olunmuş geniş tədbir keçirilib.

Eurasia Diary yenicag.az-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə 15 iyul şəhidlərinin xatirəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Filmin nümayişindən sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 2016-cı il iyulun 15-də baş verən olayların mahiyyətinə toxunub. Səfir 15 iyul gecəsi 251 nəfərin şəhid olduğunu xatırladıb:

“Həmin gün şəhid düşənlər arasında azərbaycanlılar da vardı. O gecə Azərbaycan xalqı bizim yanımızda oldu. Dövlət çevrilişinə cəhdin aradan qaldırılmasından sonra, ilk “keçmiş olsun” mesajını Azərbaycan prezidenti verdi.

15 iyul əsgər forması geyinmiş bir qrup xainin dövlətə qarşı çıxması idi. Ordunun içinə sızmış FETÖ üzvləri dövləti sarsıtmağa çalışsalar da, xalqımız onlarla döyüşdü və qalib gəldi. “15 iyul”dan aldığmız dərslərlə FETÖ-nün üstünə gediləcək və onun kökü tamamilə qurudulacaq. Türk xalqının 15 iyul gecəsi sərgilədiyi birlik və bərabərliyin həmişə davam edəcəyinə inanıram. Biz bir yerdə güclüyük. 15 iyul şəhidlərinin ruhları qarşısında baş əyirəm. Onların ruhu bizə xeyir, uğur gətirsin”.

Tədbirdə çıxış edən Prezident Administrasiyanın nümayəndəsi Bəhruz Həsənov 15 iyulda FETÖ üzərində əldə edilmiş qalibiyyəti hər bir türkün bayramı kimi dəyərləndirib: “Türkün saysız qəhrəmanlıq dastanı var. Türk xalqı 15 iyulda Türkiyədə, Mübariz İbrahimov təkbaşına düşmən səngərində, ordumuz 2016-cı ildə aprel döyüşlərində qəhərmanlıq dastanları yazdılar.

“15 iyul” xalqın iradəsinin nümayişi idi. Videolara baxdıqda görürdük ki, sadə insanlar dövlət naminə tankın qarşısına çıxdılar, qəhrəmancasına ölümə atıldılar. 15 iyul çevriliş cəhdinin ertəsi günü ilk rəsmi reaksiyanı Azərbaycan dövləti verdi. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, istənilən terror fəaliyyətinə qarşıdır. Azərbaycanda da Fətullah Gülən terror təşkilatının üzvlərinə qarşı mübarizə aparıldı və onların zərərsizləşdirilməsinə başlanıldı.

Azərbaycanla Türkiyə daim bir yerdə olub. Hər kəs xatırlayır, Prezident İlham Əliyev beynəlxalq tədbirlərin birində dedi ki, əgər Türkiyənin burada nümayəndəsi yoxdursa, mən varam.

15 iyul hadisələri göstərdi ki, Türkiyə dövləti əbədidir. 1990-cı il 20 yanvar hadisələri ilə 15 iyul olayları arasında böyük oxşarlıq var. Hər iki hadisə zamanı əliyalın əhali tankların qarşısına çıxdı. Hər iki halda xalqın iradəsi qalib gəldi. Bütün şəhidlərimizin ruhları qarşısında baş əyirəm”.

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanovçıxışında türk xalqının 15 iyul gecəsində öz iradəsini növbəti dəfə dünyaya nümayiş etdirdiyini vurğuladı:

“Böyük türk xalqı bir daha dünyaya göstərdi ki, bu xalqla güc dili ilə danışmaq olmaz. Biz bu tarixi Bakıda hər il qeyd edirik. Azərbaycanla Türkiyə arasında olan dostluq, qardaşlıq əlaqələri son dərəcə genişdir. Türkiyə ilə Azərbaycan bir-birinə öz ruhları ilə bağlıdır. 15 iyul hadisələrini ilk pisləyən məhz Azərbaycan prezidenti oldu. Bundan əlavə, Azərbaycan xalqı da həmin gecə səhərə qədər yatmadı, türk xalqının yanında oldu. 15 iyul şəhidlərinin xatirəsini hörmətlə anıram, onlara rəhmət diləyirəm”.

Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici siyasət Komissiyasınıın sədri Volkan Bozkırçıxışında bildirib ki, FETÖ-nün 15 iyulda dövlətə vurduğu yaralar hələ tam sağalmayıb:

“Mən həyatımda 8 hərbi dövlət çevrilişi görmüşəm. Ancaq ilk dəfə idi ki, belə murdar bir çevrilişə cəhd göstərilirdi. Dövlət binaları topa tutuldu, xalqa atəş açıldı, xüsusi təyinatlı polislərə havadan hücum edildi və 51 polis şəhid oldu. Lakin xalqımız əliyalın vəziyyətdə tankların üstünə getdi, helikopterlərin hücumu qarşısında geri durmadı. Ölkə prezidentinin 1 dəqiqəlik çıxışı ilə yüz minlərlə insan küçələrə axışdı. Bütün xainlər öz cəzalarını aldılar. Ümid edirəm ki, xalqımız bir də belə bir faciə yaşamaz. Bir millət, iki dövlət çox dəqiq ifadədir. Dünyada pis və yaxşı günlərində daim bir yerdə olan başqa iki dövlət yoxdur. Həqiqətən, 20 yanvar faciəsi ilə 15 iyul cevriliş cəhdi arasında çox oxşarlıq var. Şəhidlik yoxdursa, dövlət bir şey ifadə etməz. Bu günlərə məhz şəhidlərimiz sayəsində gəlib çıxmışıq. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Tədbir daha sonra panel müzakirələri ilə davam edib.


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Hamısı