Rus qoşunları son günlər həm Ermənistan, həm də Abxaziya və Cənubi Osetiya ərazisində təlimlər keçirməkdədir. Xatırladq ki, artıq bir neçə ildir ki, rus ordusunun məlum coğrafiyada hərbi təlimlər keçirməsi mütəmadi xarakter alıb.
Bəs rus ordusunun Qafqazda həyata keçirdiyi bu təlimlər sözügedən coğrafiyada hərbi gərginliyin artmasına təsir göstərirmi? Qafqazın Rusiya üçün nəhəng hərbi poliqona çevrilməsi nə ilə bağlıdır?
Eurasia Diary xəbər verir ki, politoloq Qabil Hüseynli "moderator.az"a açıqlamasında Kremlin hələ də Cənubi Qafqaza öz arxa bağçası kimi yanaşdığını qeyd edib:
“Şübhəsiz, rus ordusunun Qafqaz regionunda mütəmadi surətdə bu cür təlimlər keçirməsi regionda gərginliyi artıran amillərdən biridir. Rusiya son vaxtlar Gürcüstan-Azərbaycan müansibətlərinin gərginləşməsində də müəyyən rol oynayır. Bu məsələdə Gürcüstanda yaşayan ermənilərdən də istifadə edir.
Rusiya Cənubi Qafqazla bağlı bəlli bir plan hazırlayıb və bu plana əsasən bölgəni özünə ram etməyə çalışır. Bu baxmdan, Rusiya Cənubi Qafqaza arxa cəbhəsi kimi baxır və burada proseslərin öz istədiyi kimi cərəyan etməsinə nail olmağa çalışır”.