"Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur" - Baş Nazirin müavini | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


"Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur" - Baş Nazirin müavini

Siyasət A- A A+
"Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur. Ölkədə mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur"
 
Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov YAP-da jurnalistləri mükafatlandırma mərasimində deyib.
 
Ə.Əhmədov qeyd edib ki, bu gün sosial şəbəkələr də informasiya vasitəsinə çevrilib: "Bu, informasiyanın operativ çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Lakin bu zaman məsuliyuət məsələsi meydana çıxır. Belə ki, doğru xəbərlərlə yanaşı, yanlış informasiyalar da bu vasitə ilə yayılır. Sosial şəbəkələrdə süi-istifadə hallarına da rast gəlinir. Bu isə cəmiyyətə çaşqınlıq, narahatlıq yarada bilər".
 
Əli Əhmədov bildirib ki, zaman keçdikcə bu problem də aradan qalxacaq.
 
"Azərbaycan müasir cəmiyyət kimi söz və mətbuat azadlığına təminat verir. Azərbaycan cəmiyyəti inkişaf edir, müasirləşir, təkmilləşir. Bu inkişafa mətbuatı da daxil etmək olar. İnsanların həyat tərzinin daha da yaxşılaşdırılnası ilə bağlı müxtəli tədbirlər görülür. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən son zamanlar verilən sərəncamlar xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar mətbuatımızın diqqət mərkəzindədir".(Report)

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...