"Azərbaycan ordusunun harda mümkündürsə irəriləməsi doğru strategiyadır. Özü də bu o gün baş verir ki, Rusiyanın Təhlükəsizlik Şurasının katibi İrəvanda görüşlər keçirir".
Eurasia Diary xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Azərbaycan sərhədçilərinin Qazaxda Azərbaycan-Ermənistan sərhədində düşmən mövqelərini ələ keçirməsinə münasibət bildirərkən deyib.
"İəriləmək Azərbaycan cəmiyyətinin ən böyük gözləntisi və sifarişidir",- deyə politoloq bildirib.