Türkiyə Xankəndidə konsulluq aça bilərmi?

Siyasət 14:11 17.08.2019

"Yeni Azərbaycan" qəzetinin keçmiş baş redaktoru, eks-deputat Alqış Musayev Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan Xankəndi şəhərində Türkiyənin konsulluğunun açılmasını təklif edib.

"Azərbaycanın strateji məntəqələrində - Naxçıvanda və Gəncədə Türkiyənin konsulluğu fəaliyyət göstərir. Xankəndində niyə olmasın? Aydındır ki, hazırda bunu praktiki baxımdan reallaşdırmaq mümkün deyil. Amma bu, heç bir hüquqa zidd deyil. Belə bir qərarın (simvolık olsa da) qəbulu və elanı böyük siyasi fayda gətirər", - deyən keçmiş deputat hesab edir ki, bu addım problemin həllinə yeni təkan verər və Ermənistana ciddi xəbərdarlıq olardı: "Eyni mövqedən bir neçə müsəlman dövlətinın çıxış etməsi daha böyük siyasi və diplomatik effekt doğura bilər. Belə bir həmrəylik alınarmı?"

Eurasia Diary A.Musayevin təklifi ilə bağlı bir sıra siyasətçilərin fikirini öyrənib.

Deputat Fazil Mustafa bildirdi ki, bu təklifin baş tutması hüquqi baxımdan mümkün deyil:

“Ümumiyyətlə, bu, ciddi təklif deyil. Yaxşı olardı ki, Türkiyə Xankəndidə hərbi bazasını yaratsın. Yaratması istiqamətində də, fəaliyyətə keçsin. Yəni, gələcəkdə bunu etmək lazımdır ki, o baza da bütövlükdə azərbaycanlıların və ümumiyyətlə dinc sakinlərin normal yaşamını təmin etsin”.

Politoloq Zəlimxan Məmmədli isə hesab edir ki, bu, axmaq bir təklifdir. “Hələlik bu status bəlli deyil. Azərbaycanın ərazisinə təcavüz olub, orada separatçı bir rejim var. Biz konsulluq müqavilələrini kimlərlə bağlıyacağıq, biz onları hüquqi tərəfdən tanıyacayıqmı, Qarabağ problemi həll olunubmu, təzminatlar ödənilibmi, qaçqınlar geri qayıdıbmı? Yaxud da, Ermənistan, Dağlıq Qarabağ separatçıları Azərbaycana təcavüz cəhdlərindən imtina ediblərmi, etiraflar olubmu? Bunlar olmamış mənə elə gəlir ki, hər hansı diplomatik münasibətlərdən, o cümlədən, konsulluq idarəsinin açılmasından danışmaq absurddur. Mənə elə gəlir ki, bu gün o cür təkliflər bizim milli maraqlarımızı təhdid edən, o cümlədən, Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etmək cəhdlərinin qarşısını almaq cəhdidir.”

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, bu o deməkdir ki, Dağlıq Qarabağın azad edilməsini Türkiyəyə yükləmək istəyirik.

“Əlbəttə ideya kimi pis deyil, yaxşı ideyadır. Ancaq torpaqlarımızı özümüz azad etməliyik. Əgər Türkiyə Xankəndidə konsulluq açacaqsa, deməli ora yerləşdirilməlidir. Yerləşdirmək üçün oranı azad etməlidir. Yəni, bu məsələ bizə aid olan məsələdir. Mən də hər zaman Türkiyə ilə strateji münasibətlərin tərafdarıyam və hətta deyirəm ki, Azərbaycanda Türkiyənin hərbi bazaları yaradılsın. Ancaq yenə təkrar edirəm, Xankəndidə konsulluğun açılması piar gedişi kimi yaxşı gedişdir. Axı bunun ardı da gəlməlidir. Əgər elan edib, aça bilməyəcəksə, o bizə daha çox ziyan edəcək. Ona görə biz torpaqların azad olunması məsələsini sürətləndirməliyik ki, daha sonra bu məsələləri həll edə bilək”, -deyə E.Şahinoğlu bildirib.

 Vəfa VƏLİYEVA

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı