"Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm" - Birinci vitse-prezident Mehriban Əliyeva | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


"Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm" - Birinci vitse-prezident Mehriban Əliyeva

Siyasət A- A A+

"Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim".

Eurasia Diary-nin məlumatına görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bunu "İnstagram" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Birinci vitse-prezident Mehriban Əliyeva bu insanların qəhrəmanlığı qarşısında baş əydiyini bildirib: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub. Allah rəhmət eləsin. Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!".

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...