“Hələ ki, məlumat vermirlər, biz də xəbər gözləyirik”.
Eurasia Diary xəbər verir ki, Müdafiə Nazirliyi iyulun 24-də qəzaya uğramış MiQ-29 hərbi təyyarəsinin “qara qutu”sunun tapılaraq, dənizdən çıxarıldığını açıqlayıb. Bunula belə, hərbi təyyarənin “qara qutu”su tapılsa da, “MiQ-29”-un pilotu Rəşad Atakişiyevdən isə hələ də heç bir xəbər yoxdur.
Pilotun axtarışları ilə bağlı "yenicag.az"a danışan Rəşad Atakişiyevin qaynatası, sabiq dövlət müşaviri Qabil Hüseynli bu məsələ ilə bağlı yeniliyin olmadığını deyib: “Pilot barədə heç bir məlumat vermirlər. Biz də xəbər gözləyirik”.
Qeyd edək ki, MİQ-29 hərbi təyyarəsi iyulun 24-də keçirilən gecə, təlim uçuşu zamanı qəzaya uğrayıb.