Füzuli rayonunun deputatı, Milli Məclisin sədr müavini Bahar Muradova Füzuli və Cəbrayıl rayonlarının işğal günü ilə bağlı feysbukda paylaşım edib.
"Bu gün Füzuli və Cəbrayılın işğalından 26 il ötür.........
Bütün bu illər ərzində itirdiyimiz soydaşlarımızı böyük ehtiramla yad edir, HORADİZ, LƏLƏTƏPƏ, TALIŞ, GÜNNÜT və digər istiqamətlərdə, eləcə də bu günlərdə Qazax sərhədindəki irəliləyişləri ilə torpaqlarımızın düşmən tapdağından mütləq azad olunacağına inamımızı möhkəmlədən Silahlı Qüvvələrimizə minnətdarlığımı bildirirəm" - B.Muradova yazıb.
Eurasia Diary xəbər verir ki, vitse-spiker postuna aşağıdakı şəkilləri də əlavə edib.