Bakıya qarşı qurulan tələlər nələr edilir?

Siyasət 09:22 25.08.2019

İndinin özündə də bizi tələyə salmaq, öz maraqlarını həyata keçirərək Azərbaycana arxadan zərbə vurmaq istəyirlər. Dünya tarixi göstərir ki, coğrafi cəhətdən kiçik dövlətlər üçün milli maraqları güdən müstəqil siyasət aparmaq elə də asan məsələ deyil.

Eurasia Diary xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. O bildirib ki, son zamanlar regionda baş verənləri buna misal olaraq göstərmək olar:

“Ən yaxın tarixdə rusların, amerikalıların, avropalıların Saakaşvili, Yanukoviç, Poroşenko timsalında liderlərin dövlətlərini hansı vəziyyətə saldıqları məlumdur. 2008-ci ildə Gürcüstanın başına gələn müsibətlər barədə Saakaşvili verdiyi müsahibəsində maraqlı detallara toxunmuşdu. O, Kondoliza Rays, Angela Merkel, Corc Buş kimi şəxslərin faktiki olaraq Gürcüstana qarşı xəyanətlərini etiraf edərək, müharibənin hansı fəsadlar gətirdiyini etiraf etmişdi. Bu tələlər bizə qarşı daha tez- tez qurulurdu. ABŞ-ın İranla bağlı planında Azərbaycan ərazisindən istifadə etmək təklifi, Aİ-nın ölkəmizə, Gürcüstan və Ukrayna kimi, assosativ üzvlük təklifi və s. Bizi “oyuna” çəkmələri hətta özlərinin marağında olan enerji təhlükəsizliyi siyasəti sahəsində də sezilirdi”.

Politoloq bildirib ki, Avropalılar NABUKKO-nu Rusiyadan enerji asılılığını azaldacaq xilaskar layihə kimi başa düşürdülər:

“Çünki Cənubi Qafqazdan keçməklə Mərkəzi Asiyanın zəngin qaz ehtiyatlarını Avropa dövlətlərinə çatdırmalı olan bu layihə çərçivəsində ilkin mərhələdə 30 milyard kubmetr həcmində qaz nəql edilməliydi. Lakin əsas məsələ layihənin maliyyə tərəfilə “siyasi təhlükəsizliyi” (Rusiya türkmən qazının Avropaya Azərbaycan vasitəsi ilə nəqlinə qırmızı işıq yandırmışdı) bağlı olduğundan, 10 il ərzində NABUKKO-nun reallaşdırılması üçün o zaman Almaniya kansleri Merkel tərəfindən hər hansı düzgün addım atılmadı və razılaşmalar elə kağız üzərində qaldı. Merkel ilə Putin arasında “razılıq” əldə edilmişdi. Olan Azərbaycana olacaqdı”.

Zaur Məmmədovun sözlərinə görə, məhz bundan sonra Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində siyasi təhlükəsizliyi minimum olan TANAP və TAP qaz kəmərlərini reallaşdırmağa başladı:

“Bizi indi də tələyə çəkirlər, həm Xəzərdə Transxəzərlə, həm Qarabağda ermənilərlə, həm Keşikçidağda gürcülərlə, həm də özlərini vətənpərvər kimi qələmə verən, hakimiyyətə dedikləri hər təhqirə görə müxtəlif xarici fondlardan maliyə alan müxalif partiya və yutuberlər ilə. Siyahı uzundur”.

Politoloqun sözlərinə görə, qarşıdakı 2 il ölkəmiz üçün çox ciddi və önəmli illər olacaq.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram"
13:21 08.07.2025
Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Hamısı