Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət komitəsi (“Rosselxoznadzor”) Ermənistanın bir neçə müəssisəsinin məhsullarının ölkəyə idxalını yasaqlayıb.
Eurasia Diary "moderator.az"a istinadən xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, “Qoyteks” şirkətinin balıqlarında müalicəvi məhlul aşkar edildiyindən Rusiyanın bəhs edilən xidməti baytar-sanitar tələblərinə uyğun olmadığından həmin məhsulların ölkəyə gətirilməsinə qadağa qoyub.
Bundan əlavə, “Rosselxoznadzor” Ermənistanın iki balıq və Qazaxıstanın 3 süd və ət məhsulları müəssisələrinin məhsullarını ciddi laborator nəzarətə götürüb.