Məlahət İbrahimqızıdan YAP-çı həmkarlarına İRAD "Ağsaqqal Eldar müəllimə, eləcə də Siyavuş müəllimə..."

Siyasət 14:11 10.09.2019

Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, partiyanın Nəsimi Rayon Təşkilatının sədri Məlahət İbrahımqızı son günlər partiyadan olan deputatların açıqlamaları ətrafında yaradılmış ajiotaja münasibət bildirib.

Eurasia Diary M.İbrahimqızının fikirlərini təqdim edir:

"Bir  neçə gün bundan öncə hörmətli həmkarlarım Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov və Yeni Azərbaycan Partiyasının qurulmasında xüsusi rolu olan, İdarə Heyətinin üzvü hörmətli Eldar İbrahimov tərəfindən siyasətçilərin, eyni zamanda vaxtilə cox  yüksək  dövlət vəzifəsi tutmuş  keçmiş məmurların ünvanına  kəskin ittihamlar səsləndirilmişdir. Bir millət vəkili kimi, bu fikirləri həmkarlarımın subyektiv fikirləri kimi qəbul edirəm. Çünki, belə subyektiv tənqidlər insanların ürəyinə bir kölgə salır və qeyri-müəyyənlik yaranır. Düşünmürəm ki, bu gün bizim siyasətçilər arasında parlamentdə, eləcə də dövlətin yüksək vəzifəsini daşıyan insanlar arasında dövlətin əlehinə hər hansı əks  mövqe olsun və ya Heydər Əliyev siyasətinin, möhtərəm cənab Prezident İlham Əliyevin siyasətinə kölgə salmaq düşüncəsi olsun. Sözsüz ki, Azərbaycanda ötən dövrdə  yüksək vəzifədə olan müəyyən insanlar olub ki, necə deyərlər yolunu azıblar. Onların bu əməlləri qanunvericiliyin pozulması, konkret cinayət xarakterli əməllər olduğuna görə həmin məmurlar və ya millət vəkilləri qanunvericiliyin tələblərinə görə cəzalandırılmışlar. Belə təcrübə hətta ən inkişaf etmiş dövlətlərdə də mövcuddur. Bu mənada, səsləndirilən fikirlər subyektiv olduğundan mən bu fikirləri paylaşa bilmərəm. Kütləvi informasiya vasitələri tribunalarından belə fikirlərin səsləndirilməsi məncə doğru deyil.

Mənim bir ağsaqqal, çox zəngin təcrübəsi olan Eldar müəllimə,  eləcə də Siyavuş müəllimə çox böyük hörmətim var. Siyavuş müəllim gənc yaşlarından partiyamızın qurulmasında, yaradılmasında rolu olubdur, Heydər Əliyev siyasətinə sədaqətlə xidmət edən insanlardandır. Lakin, fakt və ünvan göstərilməzsə, belə fikirlər reallıq kimi qəbul olunmur. Bilirsiz, dünyanın bir çox inkişaf etmiş ölkələrində xüsusilə də, demokratik inkişaf yolunu seçmiş ölkələrdə siyasi transferlər çox normal hesab olunur və siyasətin bir elementidir. Belə transferlər cəmiyyətdə yüksək siyasi mədəniyyətlə qarşılanır. Amerikada nə qədər respublikaçılar demokratların qrupuna keçiblər və ya əksinə Demokrat Partiya təmsilçiləri Respublikaçılar Partiyasına keçiblər. Eləcə də qardaş Türkiyədə bilirsiniz ki, siyasi transfer siyasi mədəniyyətin və siyasətin bir hissəsi hesab olunur.  Yəni, Azərbaycanda da eyni siyasi transferlərin baş verməsini normal qarşılanmalıdır. Bizim ölkəmiz də demokratiya ilə inkişaf edir. Siyasi transfer etmiş insanlara qara şüşədən baxmamalıyıq.

Qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyasına mənsub olmuş və müxtəlif vəzifələrdə çalışmış insanlar olub ki, əməllərində və fəalliyyətlərində müəyyən  cinayət xarakterli işlər olub, amma onlar da qanunvericiliyin tələbinə uyğun cəzalandırılıblar. Hesab edirəm ki, siyasi transferləri siyasi düşmənçilik hesab etmək olmaz. Görünür, bu gün Azərbaycan cəmiyyətində, bəzi insanların düşüncəsində bu stereotiplər qalmaqdadır. Bu gün ölkəmizi dünyanın ən inkişaf etmiş ölkələri cərgəsinə çevirən, çağdaş dövlətimizin qurulmasında misilsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasına hansısa partiyanın hətta bütövlükdə daxil olması, məncə ən müdrik qərardır. Bir mənalı olaraq deməliyik ki, bu gün həm partiyamızın, həm də partiyamızın liderinin alternativi yoxdur. Bu gün YAP-la konstruktiv dialoqda olan bir sıra həmrəy partiyalar var. Onlar Heydər Əliyev siyasətini, eləcə də partiyamızın sədrinin fəaliyyətini alternativsiz hesab edirlər.  Onlar möhtərəm cənab Prezidentimizin apardığı siyasəti böyük ehtiramla, hörmətlə və rəğbətlə dəstəkləyirlər.

Möhtərəm cənab Prezidentimizin 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikası Prezidenti seçiləndə, Andiçmə mərasimi zamanı  səsləndirdiyi bir fikirlər hər kəsin yadındadır: “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam!”. Bu mesaj ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyalara, QHT-lərə, vətəndaş cəmiyyətlərinə və ictimaiyyətə göndərilən xoş niyyətli bir mesaj idi. Vətəndaş həmrəyliyinin yaranmasında zəruri olan bu fikir bu günə qədər  böyük rəğbətlə qarşılanır və dəyər verilir. Bu bir gerçəklikdir ki, İlham Əliyev də Heydər Əliyev kimi ümumxalq lideridir. Ötən 16 il ərzində, 16 il bundan əvvəl səsləndirən fikrin real nəticələrini indi görürük. Bu gün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti və QHT-lər ölkəmizin Qarabağ konflikti kimi ağır bir problemin olduğu dövrdə möhtərəm Prezidentimizin ətrafında sıx birləşməyi və Yeni Azərbaycan Partiyası ilə həmrəyliyin və əməkdaşlığın zəruri olduğunu çox gözəl  bilirlər".

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı