Gürcüstan Xarici İşlər Nazirliyində Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani ilə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov arasında görüş keçirilib.
Eurasia Diary xəbər verir ki, görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Azərbaycan və Gürcüstan arasında əlaqələrin möhkəmlənməsindəki xidmətlərinə görə Gürcüstan Xarici İşlər Naziri David Zalkalianiyə Azərbaycan Respublikasının diplomatik xidmətinin 100 illiyinə həsr olunmuş yubiley medalını təqdim edib. Görüşdə iki ölkə arasındakı əməkdaşlığın aktual problemləri müzakirə olunub.
"Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı illər əvvəl başlayıbvə daha uzun illər davam edəcəkdir. Cənab Baş Naziri təyinatı münasibətilə təbrik etmək istərdim və gələcək işlərinizdə uğurlar diləyirəm. "- deyə Dursun Həsənov qeyd edib. (APA)