"Qarabağda Bakının ssenarisi işə düşüb" - Şahnəzəryan | Eurasia Diary - ednews.net

16 Oktyabr, Çərşənbə


"Qarabağda Bakının ssenarisi işə düşüb" - Şahnəzəryan

Siyasət A- A A+

Ermənistanda baş verənlər hakimiyyət daxilində növbəti dəfə xaosun hökm sürdüyünü nümayiş etdirir.

Eurasia Diary xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnəzəryan deyib.

“Biz hakimiyyət daxilində idarəolunmaz situasiyaya şahidlik edirik. Bu hökumət üçün artıq geri sayım başlayıb və Vanetsyanın istefası bunun sübutudur. Hakimiyyətin özünə yaratdığı böyük problemləri mövcuddur”, – o bildirib.

D.Şahnəzəryanın sözlərinə görə, öz gələcəyinin üzərindən xətt çəkmək istəməyən istənilən ağıllı insan hazırkı hökumətlə əməkdaşlıq etməyəcək:

“Azərbaycanla bağlı bir neçə aqressiv bəyanat verərək, Ermənistanın imiciylə bərabər danışıqlar prosesinə də böyük zərər vurdular. Paşinyan Bakının əlinə çoxlu fakt verdi və Qarabağın həlli artıq Azərbaycanın ssenarisi ilə gedir. Azərbaycanın özünün beynəlxalq ictimaiyyət qarşısında hücum fəaliyyətlərini əsaslandırması üçün çoxlu arqumentləri var”. (axar.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...