Amerikalı konqresmenlərin işğal altındakı torpaqlara qanunsuz səfəri davam edir - FOTO | Eurasia Diary - ednews.net

21 Oktyabr, Bazar ertəsi


Amerikalı konqresmenlərin işğal altındakı torpaqlara qanunsuz səfəri davam edir - FOTO

Siyasət A- A A+

Amerikalı konqresmenlər Cudi Çu və Ceki Şpeyer Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər ediblər.

Eurasia Diary Ermənistan KİV-nə istinadən xəbər verir ki, onların olduğu mülki helikopter Azərbaycanın dünya birliyi tərəfindən tanınan hava sərhədlərini pozaraq, Xocali aeroportuna eniş edib.

Aeroportda onları qondarma rejimin “vitse-spiker”i Vaqram Balayan və “xarici işlər nazirinin müavini” Armine Aleksanyan qarşılayıb.

Xatırladaq ki, bundan öncə, daha bir konqresmen – Frenk Pallone də Dağlıq Qarabağa helikopterlə səfər etmişdi. (modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...