Rusiya Azərbaycanda AES tikmək istəyir - Rəsmi Bakıdan CAVAB | Eurasia Diary - ednews.net

21 Oktyabr, Bazar ertəsi


Rusiya Azərbaycanda AES tikmək istəyir - Rəsmi Bakıdan CAVAB

Siyasət A- A A+

“Rusiyanın Azərbaycana Atom Elektrik Stansiyası tikməklə bağlı təklifi nəzərdən keçirilir”.

Eurasia Diary xəbər verir ki, bunu keçirdiyi brifinqdə Modern.az-ın əməkdaşının suallarını cavablandırarkən energetika naziri Pərviz Şahbazov söyləyib.

O, Rusiyanın Azərbaycanda Atom Elektrik stansiyasının yaradılmasına dəstək verilməsi barədə təklifi olduğunu təsdiqləyib:

“Təbii ki, Rusiya atom enerjisi sahəsində uzunmüddətli təcrübəyə malik ölkələrdən biridir. Rəsmi Moskvanın dünya üzrə bir çox belə layihələri var. Bizimlə əməkdaşlıq üçün də belə təklif səsləndirilib. Hazırda Azərbaycan bu təklifi nəzərdən keçirir. Amma hələlik bu mövzu ilə bağlı konkret bir söz deyə bilmərəm”.

Qeyd edək ki, Rusiya və Azərbaycan prezidentlərinin ötən həftə gerçəkləşən görüşlərinin yekunlarına əsasən, Rusiya Azərbaycana Atom Elektrik Stansiyası (AES) tikməyi təklif edib. Rusiya prezidenti Vladimir Putin hətta bu məsələdə Azərbaycana dəstək göstərilə biləcəyini istisna etməyib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...