Azərbaycandan Türkiyəyə DƏSTƏK - XİN bəyanat yaydı | Eurasia Diary - ednews.net

15 Oktyabr, Çərşənbə axşamı


Azərbaycandan Türkiyəyə DƏSTƏK - XİN bəyanat yaydı

Siyasət A- A A+

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlarla bağlı bəyanat yayıb.

XİN-dən Eurasia Diary-ə daxil olan bəyanatda bildirilib ki, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir.

“Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülhün mənbəyi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək” – deyə bəyanatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...