Xameneinin adamları məscidlərdən Türkiyəni qınadı - "Osmanlı imperiyası yaratmaq xəyalı..." | Eurasia Diary - ednews.net

14 Oktyabr, Bazar ertəsi


Xameneinin adamları məscidlərdən Türkiyəni qınadı - "Osmanlı imperiyası yaratmaq xəyalı..."

Siyasət A- A A+

Türkiyənin Suriyanın şimalındakı terror dəhlizinə qarşı başlatdığı “Sülh Çeşməsi” (Barış Pınarı) əməliyyatı İranda cümə xütbələrində hədəf alınıb.

Eurasia Diary xəbər verir ki, İranın ali dini lideri Seyid Əli Xameneinin əyalət nümayəndələri olan cümə imamları xütbələrində əməliyyatı tənqid ediblər.

Xütbə oxuyan imamlardan biri daha irəli gedərək əməliyyatı “monqolvari hücum” adlandırıb.

Əhməd Hatəmi (Tehran): “Türkiyənin bu cəhdi müstəqil bir dövlətə hücumdur. İran dövlətinin mövqeyi hücumların dərhal dayandırılması və Türkiyənin Suriya torpaqlarından çəkilməsidir”.

Məhəmmədəli Əli-Haşim (Təbriz): “Türkiyədən Suriyanın sərhədlərinə və suverenliyinə hörmət etməsini istəyirik”.

Rəsul Fəlahati (Rəşt): “Türklər hələ də Osmanlı İmperiyasını dirçəltməyi xəyal edirlər, amma monqolvari hücumların dövrü keçmişdir”.

Məhəmməd Mehdi Hüseyni (Kərəc): “Türklər Osmanlı İmperiyasının xəyalı ilə ABŞ-ın meydanında oynamaqdadır”.

Məhəmməd Sağçıraği (Simnan): “Suriya öz ölkələrini yenidən inşa etməyə çalışarkən, Türkiyə bu ölkəyə hücumla xalqı narahat edir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...