"Bu gündən mübarizəmiz tək Qarabağa yox, həm də Qərbi Azərbaycana qayıtmaq üçündür” İcma BƏYANAT yaydı

Siyasət 12:42 18.10.2019

Qərbi Azərbaycan İcması bəyanatla çıxış edib. Eurasia Diary-nin məlumatına görə, İcma sədri Əziz Ələkbərlinin Modern.az-a göndərdiyi bəyanatda bildirilir:

“Bu gün Azərbaycan öz yeni tarixinin həlledici dövrünü yaşayır. Artıq xeyli vaxtdır ki, ölkə başçısı sosial-iqtisadi sahədə, dövlət idarəçiliyi sistemində köklü islahatlara start vermişdir. Bütün bunlar üçün ortaya güclü siyasi iradə qoyulmuş və islahatlara alternativ olmadığı elan edilmişdir. Təəssüf ki, hakimiyyət strukturlarında özlərinə isti yer eləmiş bəzi qüvvələr şəxsi maraqlarını dövlət maraqlarından üstün tutaraq bu islahatlara əngəl törətməyə çalışırlar və acınacaqlıdır ki, bu çirkin niyyətlərini həyata keçirmək üçün vəzifə səlahiyyətlərini aşmaqdan da çəkinmir və Prezidentin illərdən bəri hər cür maddi, mənəvi və sosial dəstək verdiyi mediadan bir alət kimi istifadə etməkdən utanmırlar. Lakin belə qüvvələr bilməlidir ki, bu gün Azərbaycan xalqı birmənalı şəkildə Prezident İlham Əliyevi dəstəkləyir və bu islahatları uğurla və daha sürətlə sona çatdırmaq üçün bütün Azərbaycan xalqı Dövlətinin, Hakimiyyətinin və Prezidentinin yanındadır.

Dövlət başçısının ölkə daxilində islahatların aparılması sahəsində nümayiş etdirdiyi bu siyasi iradə dövlətin xarici siyasətində və illərdən bəri uzanan Qarabağ münaqişəsinin həlli məsələsində də özünü göstərməkdədir. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə keçirilən “Valday” Klubunun sessiyası  çərçivəsində çıxışı zamanı “Qarabağ Azərbaycandır və nida işarəsi!” deməsi, əslində, illərdən bəri Azərbaycanın haqq səsinə qulağı kar olan dünyaya sərt mesaj idi.

Həmin tədbirdə ən diqqətçəkən cəhətlərdən biri də o oldu ki, Prezident elan etdi ki, Qarabağ münaqişəsi nəticəsində Qarabağdan 700 min, Ermənistan ərazisindən isə 250 min azərbaycanlı öz dəbə-baba torpaqlarından qovulmuşdur. Çoxdan idi ki, ermənilərin 30 il əvvəl Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törətdiyi cinayətlər barədə belə yüksək kürsüdən danışılmırdı. Əslində, illər idi Prezident deyirdi ki, İrəvan, Göyçə, Zəngəzur, bütövlükdə indiki Ermənistan tarixi Azərbaycan ərazisidir və biz mütləq o torpaqlara qayıdacağıq, bu, bizim strateji hədəfimizdir. Bu məsələnin Valdayda bir daha gündəmə gətirilməsi son vaxtlar Qarabağla bağlı sərsəm və məsuliyyətsiz bəyanatlar verən Ermənistan rəhbəri Paşinyana vurulan tərs şapalaq oldu. Körpəlikdə yaramaz uşaqları özündən böyüklər həmişə belə cəzalandırardılar.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələyə bir daha qayıdaraq, Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsinin böyük Türk Dünyasını coğrafi baxımdan parçalamağa səbəb olduğu fikrini dilə gətirməsi düşmənə və onun havadarlarına məsələnin ciddiyyətini bir daha xatırlatdı.

Belə hesab edirik ki, Qərbi Azərbaycan – indiki Ermənistan qaçqınları və Zəngəzur barədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, əslində, ipə-sapa yatmayan işğalçı düşmənə qarşı mübarizəni yeni müstəviyə keçirmək zərurətinə bir çağırışdır. Bu müstəvi Azərbaycan Qaçqınlar Cəmiyyətinin 1988-1991-ci illərdə Ermənistandan qovulan 250 min azərbaycanlı qaçqının və Qərbi Azərbaycan İcmasının son iki yüz ildə Ermənistandan soyqırım və deportasiyalarla didərgin salınan yüz minlərlə soydaşımızın, onların övladlarının öz ata-baba yurdları uğrunda mübarizə aparmaq hüququdur. Biz Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması olaraq Prezident İlham Əliyevin bu çağırışına qoşulduğumuzu bəyan edir və bütün xalqımızı bu Müqəddəs mübarizədə bizə dəstək olmağa çağırırıq. Bu gündən mübarizəmiz tək Qarabağı geri qaytarmaq üçün yox, həm də İrəvana, Göyçəyə, Zəngəzura və bütün Qərbi Azərbaycana qayıtmaq üçündür”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı