Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və...

Siyasət 15:07 19.10.2019

İşğal altındakı Dağlıq Qarabağa səfərdən sonra erməni politoloq Arkadi Melkonyan separatçı rejimdəki həyatla bağlı səs-küylü açıqlama ilə çıxış edib.

Eurasia Diary bildirir ki, News Front agentliyinin "Əslində" verilişinin studiyasında Melkonyan, Dağlıq Qarabağ və Donbas arasında paralellər apararaq qeyd edib ki, "dqr"də yaşayış səviyyəsi kifayət qədər yüksəkdir.

Qeyd etmək lazımdır ki, Ermənistan tərəfindən müntəzəm səsləndirilən işğal olunmuş ərazilərdəki "inanılmaz həyat" ilə bağlı bəyanatlara baxmayaraq, Dağlıq Qarabağ və ona bitişik işğal olunmuş ərazilər əhalisiz qalmaqda davam edir.

Uzun illərdir ki, Ermənistan hakimiyyəti bu ərazilərin məskunlaşması üçün səy göstərir, müxtəlif sosial proqramlar hazırlayır. Lakin ermənilər Qarabağda yaşamaqdan imtina edirlər. 2014-2015-ci illərdə Suriyanın bir hissəsi “İslam Dövləti” terrorçuları tərəfindən işğal edildikdə, Ermənistan hökuməti Suriyadakı erməni qaçqınları Qarabağda yerləşdirməyə cəhd göstərdi. Bir neçə yüz suriyalı erməni Qarabağa gəldi, yeni həyat qurmağa cəhd etdi.

Ancaq zaman göstərdi ki, müharibə şəraitində olan Suriyada yaşamaq daha yaxşıdır, nəinki "dinc" Dağlıq Qarabağda.

Türkiyə Ordusunun Suriyadakı hərbi kampaniyasının başlaması ilə də Ermənistan hakimiyyəti, suriyalı ermənilərin bir hissəsini, sonradan Dağlıq Qarabağda yerləşdirmək məqsədilə Ermənistanda məskunlaşdırmaq qərarına gəldi.

Ermənistanın "Jamanak" qəzetinin verdiyi məlumata görə, hazırda müxtəlif hesablamalara görə, Hələbə köçməkdən imtina edən 3800-4000 erməni kürdlərin nəzarətində olan Kamışlı bölgəsində qalmaqda davam edir.

Qəzetin yazdığına görə, onlara Ermənistana köçmək təklif olunub, lakin onlar da Ermənistandakı yaşayış şəraitinin müharibə şəraitində olan Suriyadakı vəziyyətdən daha yaxşı olmadığını bildiklərini söyləyərək bu təklifdən imtina ediblər.

Qəzet qeyd edir: “Ermənilərin yaşadığı məhəllələr hələ atəşə tutulmur, baxmayaraq ki, bombalanma səsləri burada yaxşı eşidilir”.  (virtualaz.org) 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Hamısı