Saakaşvili yüksək vəzifəyə təyin olunan azərbaycanlıdan danışdı - “Gündüz çox təmiz adamdır…” | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Saakaşvili yüksək vəzifəyə təyin olunan azərbaycanlıdan danışdı - “Gündüz çox təmiz adamdır…”

Siyasət A- A A+

Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili əslən azərbaycanlı Gündüz Məmmədovun Ukrayna Baş prokurorunun müavini təyin edilməsinə münasibət bildirib.

Eurasia Diary-nin məlumatına görə, o öz fikrini Facebook səhifəsində paylaşıb.

“Daha bir doğru təyinat. Gündüz mənim vaxtımda Odessada çalışıb, o, çox yaxşı hüquqşünas və təmiz adamdır. Ona və Ryaboşapkinin yerdə qalan bütün komandasına uğurlar”, – deyə M.Saakaşvili bildirib.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka Krım Muxtar Respublikasının prokuroru vəzifəsini daşıyan azərbaycanlı Gündüz Məmmədovu özünə yeni müavin təyin edib.(virtualaz.org)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...