BMT-nin Azərbaycandakı nümayəndəliyinin qadın və qızlara qarşı zorakılıq hallarına dair BƏYANATI

Siyasət 13:24 21.10.2019

Azərbaycanda qadın və qızlara qarşı əksər hallarda ölümlə nəticələnən zorakılıq hallarına dair son məlumatlar fonunda Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi zorakılığın müxtəlif formalarına məruz qalma təhlükəsi ilə üz-üzə olan qadın və qızların müdafiəsi və bu cür zorakılıq hadisələrinin törədilməsində təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar təcili və birgə fəaliyyətə çağırır.

Qadın və qızlara qarşı zorakılıq fərdlərə, ailələrə, cəmiyyətlərə və bütövlükdə ölkəyə ciddi sosial və iqtisadi zərbə vurur.

Qadın və qızlara qarşı zorakılıq ölkənin artım və inkişaf səylərini sarsıdır. BMT-nin apardığı tədqiqat müəyyən edib ki, qadınlara qarşı zorakılıq Azərbaycana 764 milyon ABŞ dollarına başa gələ bilər ki, bu da ölkə ÜDM-nin 2%-nə bərabərdir. Buraya bərpası mümkün olmayan insan itkiləri, fəaliyyət qabiliyyətsizliyi, əlillik, zorakılığa məruz qalmış şəxslərin əmək qabiliyyətinin azalması, eləcə də zorakılığa cavab tədbirlərinə çəkilən xərclərlə bağlı olan iqtisadi itkilər daxildir. 

Lakin hər şeydən öncə, qadın və qızlara qarşı zorakılıq həyatları, ailələri və gələcəyi məhv edir. Hər bir zorakılıq aktının insan həyatına təsiri ölçülə bilməyəcək dərəcədədir və bu, Azərbaycanın özünə rəva bilmədiyi, eləcə də heç bir qadın və qızın ödəməli olmadığı qiymətdir.

Biz bu problemin həlli üçün Azərbaycan Hökumətinin göstərdiyi siyasi iradə və əzminə bələdik, lakin bununla bağlı daha çox iş görülməlidir.

Azərbaycan hökuməti təcili olaraq Avropa Şurasının İstanbul Konvensiyasını ratifikasiya etməlidir. Bu Konvensiya beynəlxalq standartlara uyğun olaraq zorakılığın yayılma miqyasına dair araşdırma, zorakılıq riskinə məruz qalanların daha yaxşı qorunması, zorakılıqdan zərərçəkmişlər üçün xüsusi xidmətlər və cinayətkarların məsuliyyətə cəlb olunması kimi tədbirləri nizamlayır.

Zorakılıqdan zərərçəkmişlərinmüdafiəsi və dəstəklənməsi üzrə praktiki tədbirlərə, o cümlədən əlçatan və münasib əlaqələndirilmiş yönləndirmə və yardım xidmətlərinə qoyulan sərmayənin həcmini artırmaq lazımdır.

Zərərçəkmişlərin və şahidlərin müdafiəsinə, eləcə də zorakılığı törədən şəxslərin cəzasız qalmasına yol verilməməsinə xüsusi diqqət yetirilərək qadın və qızlara qarşı baş verən zorakılıq halları ilə bağlı bütün məlumatlar operativ və hərtərəfli araşdırılmalıdır.

Nəhayət, Azərbaycanda hər bir kəs qadın və qızlara qarşı zorakılığın baş verdiyi istənilən hadisə barədə səsini ucaltmalı və məlumat verməlidir – zorakılıq qarşısında səssiz qalmaq yolverilməzdir.

Birləşmiş Millətlər Təşkilatı öz növbəsində Azərbaycanda zorakılıq riskinə məruz qalanların daha yaxşı qorunması üçün bütün ölkə üzrə Hökumət və digər tərəflərlə sıx əməkdaşlığı davam etdirəcək. O cümlədən, BMT aztəminatlı qadın və qızlar üçün sosial xidmət proqramlarının dəstəklənməsi, qadınların işlə təmin edilməsi və özünü inkişaf etdirməsi üçün daha geniş imkanların yaradılması, qız və qadınlara qarşı zorakılığın əlamətlərinin müəyyən edilməsi və bununla bağlı cavab tədbirləri görmək üçün mütəxəssis və icma işçilərinin təlimləndirilməsi, eləcə də hər il noyabrın 25-dən dekabrın 10-dək keçirilən gender zorakılığına qarşı mübarizə üzrə növbəti 16 günlük kampaniya kimi ictimaiyyətin məlumatlandırılması ilə bağlı təşəbbüslər həyata keçirir. Bu kampaniya hər kəsin bir araya gələrək qadın və qızlara qarşı zorakılıq problemini işıqlandırmağa və bu dəhşətli hadisələrə qarşı səsini ucaltmağa imkan yaradır.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı