Türkmənistan prezidenti Bakıya gəlir | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Türkmənistan prezidenti Bakıya gəlir

Siyasət A- A A+

Oktyabrın 25-də Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana işgüzar səfər edəcək.O, bu müddət ərzində Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvəsində iştirak edəcək.

Eurasia Diary yerli KİV-ə istinadən bildirir ki, bu barədə hökumətin bu gün keçirilən iclasında məlumat verilib.

Məlumata görə, Türkmənistan nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində müxtəlif tərəfdaşlığa böyük əhəmiyyət verir. Bunların sırasında dünya ölkələrini hərbi-siyasi bloklarda iştirak etməmək və ümumdünya təhlükəsizliyi və firavanlığı təmin etmək üçün səyləri birləşdirmək prinsipləri üzərində birləşdirən Qoşulmama Hərəkatı da var.

"Qarşıdan gələn sammitin qlobal gündəmdəki aktual məsələlərin həlli yollarının araşdırılmasının vacibliyindən danışan Türkmənistan prezidenti, Türkmənistanın Qoşulmama Hərəkatının əsaslarına yaxın olan neytral statusunun təməl prinsiplərinə ciddi əməl etdiyini vurğulayıb", - məlumatda qeyd edilib.  (virtualaz.org) 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...