İran-Azərbaycan sərhədində silahlı insidentlər niyə artıb? MÖVQE

Siyasət 16:26 07.11.2019

Son zamanlar İran-Azərbaycan sərhəddində insident yaşanır. Elə bir neçə gün əvvəl Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 1 nəfər sərhədi pozmaq istəyərkən gülllənib.

Maraqlıdır, İran-Azərbaycan sərhəddində bu kimi halların artmasının səbəbi nədir? Problemin qarşısının alınması üçün müəyyən işlər görülürmü ?

Eurasia Diary xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan təhlükəsizlik eksperti Sülhəddin Əkbər sərhəddə gərginliyin yaranmasının İranda sosial-iqtisadi vəziyyətin gərginləşməsi, sanksiyaların tətbiq edilməsi ilə də bağlı ola biləcəyini bildirib.

“İranla Azərbaycan sərhəd xidmətləri arasında həm dövlətlərarası, həm də hökumətlərarası səviyyədə  müntəzəm danışıqlar aparılır. Bu məsələlər də təbii ki, görüşlərdə müzakirə edilir. İranda xüsusilə narkotik ticarəti ilə bağlı olaraq qaçaqmalçılıq geniş yayılıb. Vəziyyətin son zamanlar gərginləşməsi nəticəsində əhali və yerli qruplar gəlir əldə etmək məqsədilə məhz bu yola əl atıırlar. Buna görə də İran bütün sərhəd qonşuları ilə belə hallar yaşayır. Statistikaya baxsaq İranın digər qonşularla sərhədində problemlər bizimlə müqayisədə daha çox yaşanır”.

 Deputat Fərəc Quliyev bildirir ki, İran tərəfi elə tədbirlər həyata keçirməlidir ki, əhali arasında bizim sərhədləri keçməyə cəhd göstərənlər olmasın.

“Sərhədin pozulması, qaçaqmalçılıq dünyanın hər yerində baş verir. Yəqin ki, İran tərəfi də bu cür halların olmasını istəmir. Əslində İran Azərbaycan sərhəddi arasında insident əvvəllər də olub, sadəcə indi daha çox  ictimaliləşdirilir.  Təbii ki, ölçü götürülüb ki, bu haqda media məlumatlanır. Onu da deyim ki, heç bir halda bizim tərəf ayıq-sayıqlığını itirimir, lazımi işlər görülür. Sanksiyalar tətbiq ediləndən sonra müəyyən qazanc yollarının bağlanması, ölkə rəhbərliyinin diqqətinin başqa istiqamətlərə yönəlməsi, əhalinin bu kimi yollarla qazanc əldə etmək istəyi ilə nəticələnir. Lakin bütün hallarda İran nəzarəti gücləndirməlidir ki, bizim sərhədlər pozulmasın, atəş açılmasın və narkotik vasitələr qaçaqmalçılıq yolu ilə Azərbaycan tərəfinə keçirilməsin”.

Məsələ ilə bağlı Dövlət Sərhəd Xidməti ilə də əlaqə saxlamaq istəsək də, edilən müraciətlər cavabsız qaldı.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı