“Erməni soyqırımı” yoxdur deyən fransız yazar: “Bir azərbaycanlı ilə görüşdüm, hönkür-hönkür ağlayırdı”

Siyasət 16:47 07.11.2019
“Soyqırım yoxdur, hər iki tərəfdə qətl edilənlər var. Türklərin ermənilərdən daha çox qətliam qurbanı olduğuna əmin oldum”.  Bu sözləri fransız yazıçı Ayves Benard deyib.
 
O, araşdırdığı bütün məlumatların “erməni soyqırımı” iddialarını təkzib etdiyini söyləyib.
 
Fransada “Pantheon” nəşriyyatı bu yaxınlarda müəllif Ayves Bernardın araşdırmalarından tərtib edilmiş 165 səhifəlik “Divergences turco-armeniennes” adlı kitab nəşr edib.
 
Kitabın yazarı Benard, Türkiyəni qarış-qarış gəzərək, dərin bir araşdırma aparıb. O, türk cəmiyyəti haqqında ədalətin yerini tapmasını istədiyini deyib.
 
Kitab haqqında açıqlama verən yazar bunları deyib: “Bu kitabı çap etməkdə çətinlik çəkdim. 2009-cu ildə çap etdirdiyim ilk kitab yalnız bir həftə ərzində çap edilə bildi. Çünki nəşriyyata böyük təzyiq var idi. Onlar qorxdular və nəşri dayandırmaq qərarına gəldilər. Bu dəfə çox asanlıqla bir nəşriyyat evi tapdım, lakin ilk kitabım üçün ən azı 60 nəşriyyatla əlaqə saxlamışdım.
 
Yves Benard ile ilgili görsel sonucu
 
“Etiraf etməliyəm ki, soyqırım olduğunu düşünürdüm.”
 
Araşdırmalarının təxminən 5 il davam etdiyini, ilk olaraq getdiyi Türkiyədə bir neçə ay qaldığını ifadə edən Benard Türkiyənin şərqini qarış-qarış gəzdiyini bildirib: “Bütün şəhərlərin adını çox yaxşı xatırlamıram, amma gəzdiklərim arasında Ərzurum, Diyarbəkir, Trabzon və bir çox kiçik qəsəbələr və kəndlər də var idi. Orada çox adamla görüşdüm, ermənilərə sual vermək istədim, amma imtina etdilər, ermənilərin yazdıqları çox kitab var, nəşr etdikləri kitablar haqqında daha çox məlumatlı oldum, türkləri danışdırdım, kitabxanaları ziyarət etdim, çox araşdırma apardım. Mən bir fransalıyam və bir soyqırım olduğunu düşündüyümü etiraf etməliyəm. Fikrimi çox tez dəyişdirən sənədlər var. Oxuduqlarıma inana bilmədim, insanın bu cür  şeylər edə biləcəyinə inanmaq çətindir.
 
İlgili resim
 
“Kitabım çox dəlil gətirir”
 
Ayves Benard ermənilərin öz itkilərini şişirtməsi haqqında da danışıb. O rəqəmlərin, itkilərin çox göstərilıdiyini qeyd edib: “Əlbətdə ki, qətl edilən ermənilər də olub, lakin öncəki aylarda erməni daşnakları mülki vətəndaşları – qadın, uşaq, yaşlı bir çox insanı qətl edib. Unutmayaq ki, bütün bunlar 1914-1918-ci illərdə baş verib. Türk əsgərlər cəbhədə savaşarkən daşnaklar kəndləri yandırıb, evləri uçururdular. Yəni türklərin sonradan intiqam almağını haqlı saymaq olar. Ermənilər də qətl edilib. Çox dərindən araşdırdım. Lakin buna tam əmin oldum ki, türklər daha çox qətl edilib. Onlar daha çox qətliam qurbanı olublar. Ermənilər 1.5 milyon itkidən söz edirlər. Yaxında bunu 2 milyon da edərlər. Lakin mənim araşdırmalarıma görə ermənilərin 400 mindən çox itkisi olmayıb. Qeyd edim ki bu 400 min ölən insanın çoxu öz əcəlləri ilə və əlverişsiz yaşam şəraiti ucbatından ölüb. Kitabım bir çox dəlil gətirir. Düşünürəm ki, bu mövzuda bundan sonra daha ətraflı məlumatlar yazmaq daha asan olacaq”. 
Ayves Bernard Türkiyədə müəyyən yaşdakı insanlara çatmanın asan olmadığını da söyləyib: “Əslində onların çox danışacaqları şeylər vardı. Ancaq danışıqlarımız özlərinə keçmişdəki çox çətin anları xatırladırdı. Mənə danışan qadınlar və kişilər həmişə ağlayırdı. Mən də bu vəziyyətdən çox duyğulanırdım. Məsələn, bir azərbaycanlı ilə görüşdüm, mənəvi olaraq güclü görünsə də, o, bir uşaq kimi, hönkür-hönkür ağlayırdı. Bu vəziyyətdə mən də göz yaşlarımı saxlaya bilmirdim”. (musavat.com)

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram"
13:21 08.07.2025
Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Hamısı