Mehman Hüseynovdan gözlənilməz QƏRAR - Bələdiyyə üzvlüyünə namizədliyini irəli sürdü | Eurasia Diary - ednews.net

7 Dekabr, Şənbə


Mehman Hüseynovdan gözlənilməz QƏRAR - Bələdiyyə üzvlüyünə namizədliyini irəli sürdü

Siyasət A- A A+
Bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Eurasia Diary xəbər verir ki, bloqqer bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb.

M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb.

31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından "Report"a faktı təsdiqləyiblər.

Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...