Rusiya Xarici İşlər naziri Sergey Lavrov İrəvana səfəri zamanı Ermənistan rəhbərliyi ilə Qarabağ konfliktinin həllini müzakirə edəcək.
Eurasia Diary xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Lavrov İrəvanda Ermənistan baş naziri və prezidenti ilə görüşəcək.
Tərəflərin, həmçinin, beynəlxalq təşkilatlarda ikitərəfli əməkdaşlıq və mövqelərin koordinasiyasını müzakirə edəcəyi vurğulanıb.