Paşinyan yenə Şuşaya gəldi - Qriqoryanın toy mərasimi baş tutacaq.. | Eurasia Diary - ednews.net

23 Noyabr, Şənbə


Paşinyan yenə Şuşaya gəldi - Qriqoryanın toy mərasimi baş tutacaq..

Siyasət A- A A+

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağa səfər edib.

Eurasia Diary xəbər verir ki, barədə məlumatı o, İnstaqram səhifəsində paylaşıb. Paşinyan burada özünün kiçik qızıyla fotosunu paylaşaraq, Qarabağa getdiklərini qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycanın işğal edilmiş Şuşa şəhərində Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın toy mərasimi baş tutacaq. Toya Paşinyanla bərabər Ermənistanın siyasi elitası, qondarma rejimin rəhbəri Bako Saakyan, spiker Aşot Qulyan, xarici işlər naziri Masis Mailyan dəvət edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...