Bu deputatın səlahiyyətinə xitam verilə bilər | Eurasia Diary - ednews.net

5 Dekabr, Cümə axşamı


Bu deputatın səlahiyyətinə xitam verilə bilər

Siyasət A- A A+

“Deputat səlahiyyətimə xitam verilməsi üçün tərəfimdən Milli Məclisə müraciət ünvanlanıb”.

Eurasia Diary xəbər verir ki, bu sözləri Yasamal rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə  təyin olunan deputat Elşad Həsənov deyib. O qeyd edib ki, qanunvericilik çərçivəsində prosedur qaydaları yerinə yetiriləcək:

“Bildiyiniz kimi, qanunvericiliyə əsasən, deputat icra hakimiyyəti orqanlarında vəzifə tutduqda səlahiyyətlərinə xitam verilir. İcra başçısı təyin edildikdən sonra bununla bağlı Milli Məclisə müraciət ünvanlamışıq. Prosedur qaydalarına uyğun olaraq, Milli Məclisin təqdimatı ilə məsələ Mərkəzi Seçki Komissiyasına göndəriləcək”.

Qeyd edək ki, 17 saylı Yasamal üçüncü seçki dairəsindən Milli Məclisin deputatı olan Elşad Həsənov Prezident İlham Əliyev sərəncamı ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. (Modern.az)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...