Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rasim Novruzov vəzifəsindən azad olunub.
Eurasia Diary xəbər verir ki, bunu trend-ə Ağsu Rayon İcra Hakimiyyətindən bildiriblər.
Məlumata görə, icra başçısının 1-ci müavini R.Novruzov səhhəti ilə bağlı ərizə yazıb və icra başçısına təqdim edib, vəzifəsindən azad olunmasını xahiş edib.
Qeyd edək ki, R.Novruzov həmçinin Rayon Fövqəladə Hallar Komissiyasının sədri idi.
Hazırda onun yerinə təyinat yoxdur.