Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın Baş Naziri Dmitri Medvedevlə görüşəcək.
Eurasia Diary Rusiya KİV-ə istinadən xəbər verir ki, görüş sabah Moskva şəhərində baş tutacaq.
Görüşdə Azərbaycan-Rusiya əməkdaşlığı müzakirə olunacaq.
Görüş zamanı tərəflər ölkələr arasında ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparacaqlar.