"Azərbaycan, Ata Abdullayevin ümidinə qalmayıb" Əli Həsənov

Siyasət 16:03 21.11.2019

Azərbaycan dövləti və hakimiyyəti o günə qalmayıb ki, hansısa Ata Abdullayev kimi şəxsi Ermənistan Baş naziri Nikol Paşinyanın keçirdiyi tədbirə göndərib, o cür səviyyəsiz “dialoqu” təşkil etsin.

Bu sözləri axar.az-a eksklüziv açıqlamasında Prezidentin köməkçisi Əli Həsənov ictimai fəal olduğu iddia edilən Ata Abdullayevin İtaliyanın Milan şəhərindəki bir kilsədə tərəfdarları ilə görüş keçirən Ermənistan Baş naziri Nikol Paşinyanın tədbirinə qatılmasına münasibət bildirərkən deyib.

Ə.Həsənov sosial şəbəkələrdə və bəzi media orqanlarında A.Abdullayevin guya Azərbaycan hakimiyyətindəki şəxslər tərəfindən Milana düşünülmüş şəkildə göndərildiyi haqda iddiaları qəti şəkildə təkzib edib:

“Azərbaycanın hər hansı vətəndaşı öz səviyyəsinə, dünyagörüşünə, qabiliyyətinə uyğun olaraq bu və ya digər beynəlxalq tədbirə qatıla və orda hansısa fəaliyyət göstərə, kiməsə dəstək və ya etiraz edə bilər. Ancaq Azərbaycan dövlətinin belə fərdi təşəbbüslərə qətiyyən ehtiyacı yoxdur və biz yürütdüyümüz siyasətin mahiyyətini də, harda, necə həyata keçirilməsi yollarını da yaxşı bilirik”.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan hakimiyyətinin, o cümlədən YAP-ın ətrafında geniş dünyagörüşə, yüksək təhsilə və intellektə malik, ölkəmizdəki və xaricdəki ən nüfuzlu ali məktəbləri yüksək göstəricilərlə bitirən yetərincə gənc fəal cəmləşib:

“Ehtiyac bildikləri halda və zərurət yarandıqda YAP gəncləri gərəkli addımlar atmağı bacarırlar və hakimiyyətin ideoloqları da nə zaman, hansı zəruri tədbirləri və necə görməyi yaxşı bacarır. Bunu Azərbaycan cəmiyyəti də hər zaman müşahidə edib. Təsadüfü deyil ki, cənab Prezidentimizin qarşımıza qoyduğu hədəflərə uyğun olaraq, erməni yalanlarının beynəlxalq miqyasda ifşa olunması sahəsində son illər necə qətiyyətli addımlar atılır. Təkcə Prezidentimizin “Valday” Beynəlxalq Diskussiya Klubunda və Aşqabadda, MDB dövlət başçılarının toplantısında erməni faşizminin təbliğinə qarşı kəskin və qarşı tərəfi susduran çıxışını xatırlamaq kifayətdir. Böyük dövlət xadimi və peşəkar siyasətçi olan Prezidentimizin yüksək dəqiqliklə hesablanan sərrast çıxışı qarşısında qeyri-peşəkar Paşinyanın düşdüyü durum təkcə Azərbaycan xalqının yox, dünyanın gündəminə çevrilib və hələ də müzakirə edilir. Belə böyükmiqyaslı siyasət aparan dövlətimizin Ata Abdullayevə ehtiyacı olduğunu iddia etmək hansı məntiqin nəticəsidir?”

Ə.Həsənov bu özfəaliyyətləri kəskin qınadığını bildirib və bunu düşünülərək və ya düşünülmədən erməni dəyirmanına su tökmək kimi qiymətləndirib:

“Kimsə, hardasa, hansısa təşəbbüsdə bulunursa, bunu Azərbaycan hakimiyyətinin adına yamamaq cəhdləri qətiyyən yolverilməzdir. Azərbaycan hakimiyyəti düşmənə qarşı siyasətini sərt milli iradə, yüksək intellekt, beynəlxalq hüquq müstəvisində aparır və hansısa erməni kilsəsində deyil, ən yüksək beynəlxalq tribunalardan səsləndirir və qəbul etdirir”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
Paraşutla tullandı, qayaya çırpılıb həlak oldu
17:07 07.07.2025
Hamısı