Fransanın sabiq prezidenti Nikola Sarkozi Azərbaycanda olub.
Eurasia Diary-nin xəbərinə görə bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qros "Twitter" səhifəsində bildirib.
“Nikola Sarkozi bir neçə saatlıq Bakının fəxri qonağı oldu. Prezident Sarkoziyə Azərbaycana səfəri üçün təşəkkür edirəm”, - deyə Fransa səfiri qeyd edib.