"Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 3 milyard dollara çata bilər" - Elmar Məmmədyarov | Eurasia Diary - ednews.net

12 Dekabr, Cümə axşamı


"Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 3 milyard dollara çata bilər" - Elmar Məmmədyarov

Siyasət A- A A+

"Rəsmi Bakı və Moskva arasında böyük və ciddi hüquqi baza var, ikitərəfli münasibətlər strateji əhəmiyyətə malikdir".

Eurasia Diary xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov ilə Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Ümumilikdə deyə bilərəm ki, bütün məsələlər müzakirə olundu. Münasibətlərimiz strateji əməkdaşlığın uğurlu nümunəsidir", - E.Məmmədyarov vurğulayıb.

Onun sözlərinə görə, tərəflər Rusiya və Azərbaycan XİN-ləri arasında 2020-ci il üçün Məsləhətləşmə Planını imzalayıblar.

Nazir bildirib ki, ölkələr arasındakı ticarət dövriyyəsi artmaqdadır: "Hazırda bu, 2,5 milyard ABŞ dolları təşkil edir və ilin sonuna qədər 3 milyard dollara çata bilər".(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...