"Qarabağ münaqişəsinin həllində ən düzgün addım..." - Məmmədyarovdan açıqlama | Eurasia Diary - ednews.net

10 Dekabr, Çərşənbə axşamı


"Qarabağ münaqişəsinin həllində ən düzgün addım..." - Məmmədyarovdan açıqlama

Siyasət A- A A+

"Biz beynəlxalq məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etdik".

Eurasia Diary xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov ilə Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ nizamlanması məsələsi həm Bakı ilə Moskva arasındakı ikitərəfli münasibətlər çərçivəsində, həm də Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olduğuna görə çoxtərəfli münasibətlər çərçivəsində böyük və ciddi mövzudur.

"Münaqişənin həllinə mərhələli yanaşma ən düzgün addımdır", - nazir deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...