Prezident sərəncamı: - MSK toplanır | Eurasia Diary - ednews.net

20 Sentyabr,


Prezident sərəncamı: - MSK toplanır

Siyasət A- A A+

Mərkəzi Seçki Komissiyası Prezidentin növbədənkənar parlament seçkiləri ilə bağlı verdiyi sərəncamla bağlı sabah toplanacaq.

Eurasia Diary xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında MSK-nın katibi Mikayıl Rəhimov deyib. O, MSK-nın məsələ ilə əlaqədar olaraq sabah saat 14:00-da iclas keçirəcəyini bildirib:

“Qanunvericiliyin tələblərinə uyğun hərəkət ediləcək. Sabahkı toplantıda seçkinin təqvim planı təsdiq olunacaq”.

Qeyd edək ki, Prezidenti İlham Əliyev ötən gün Milli Məclisin buraxılması və 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Qanunvericiliyə uyğun olaraq namizədlərin irəli sürülməsi prosesindən əvvəl MSK toplantı keçirərək qərar verməli və təqvim planını təqdim etməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...