Rusiyada soydaşımızı siqaretə görə Azərbaycana buraxmayıblar | Eurasia Diary - ednews.net

18 Sentyabr, Cümə


Rusiyada soydaşımızı siqaretə görə Azərbaycana buraxmayıblar

Siyasət A- A A+
Rusiya Federasiyasının Kirov şəhəri Lenin rayonu məhkəməsi azərbaycanlı fərdi sahibkara tütün və siqaret ticarətini qadağan edib. Səbəb onun mağazasının “Günəş” uşaq bağçasından 20 metr məsafədə yerləşməsidir.
 
Eurasia Diary-nin məlumatına görə, İcra sənədi müəssisə sahibinə təhvil verilib. Ona həmçinin ölkədən kənara çıxmaq qadağası qoyulub.
 
Qadağaya baxmayaraq, soydaşımız hələ də tütün vasitələri satmaqda davam edib. Bundan başqa, o, Azərbaycana istirahətə də gəlmək istəyib. Lakin onu aeroportdan təyyarəyə buraxmayıblar.
 
Yalnız bundan sonra sahibkar məhkəmənin tələblərinə əməl etməyə başlayıb.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...