V çağırışın fəal deputatlarının siyahısı: Mərhum Yevda Abramov qalib seçildi

Siyasət 14:43 09.12.2019

Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında beşinci çağırış Milli Məclisin deputatlarının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı sorğu keçirilib.

Eurasia Diary modern-ə istinadən xəbər verir ki, sorğu nəticəsində beşinci çağırış Milli Məclisin ən fəal deputatları müəyyənləşdirilib.

Jurnalistlərin 4 nominasiya (“İlin ən fəal deputatı”, “Seçici hüquqlarını müdafiə edən ən fəal deputat”, “Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat”, “Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat”) üzrə keçirdikləri sorğunun nəticələri açıqlanıb.

Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan bildirib ki, sorğuda Milli Məclisdə akreditasiya olunan 70-ə yaxın jurnalist iştirak edib. Onun sözlərinə görə, bu, PJB-nin sayca 14-cü sorğusudur:

“Biz ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçirmişik. Bildiyiniz kimi, beşinci çağırış Milli Məclis dövlət başçısı tərəfindən buraxılıb və fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Ona görə də qərara gəldik ki, ötən 4 ilin ən fəal deputatlarını cəmiyyətə təqdim edək”.

Dörd il ərzində “İlin ən fəal deputatı” nominasiyasının qalibləri mərhum deputat Yevda Abramov, Siyavuş Novruzov, Zahid Oruc, Qüdrət Həsənquliyev və Fazil Mustafa olub. Bu nominasiyanın qalibləri beşinci çağırış Milli Məclis dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.

“Seçici hüquqlarını müdafiə edən ən fəal deputat”nominasiyasının qalibləri Qənirə Paşayeva və Vahid Əhmədov olub. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 4 ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri problemlərin həllinə yardmçı olduqlarına görə müəyyən ediliblər.

“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyasının qalibləri Cavanşir Feyziyev, Bahar Muradova, Azay Quliyev Tahir Mirkişili olub. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 4 ildəki fəaliyyəti dövründə Azərbaycanı beynəlxalq təşkilatlarda və beynəlxalq tədbirlərdə fəal təmsil etdiklərinə görə müəyyən ediliblər.

“Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat” nominasiyasının qalibləri isə Əli Hüseynli, Əli Məsimli və Əhliman Əmiraslanovdur. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 4 ildəki fəaliyyəti dövründə qanunvericilik təşəbbüsü ilə çıxış etdiklərinə görə müəyyən edilib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Hamısı