Sabiq baş nazir Novruz Məmmədov - Yeni iş həftəsindən yazdı | Eurasia Diary - ednews.net

27 Sentyabr,


Sabiq baş nazir Novruz Məmmədov - Yeni iş həftəsindən yazdı

Siyasət A- A A+

Bu həftənin ilk iş gününün birinci yarısı iki tədbirlə başladı. Rektoratın iclasında ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə nəzərdə tutulmuş tədbirlərin yüksək səviyyədə təşkili və keçirilməsi geniş müzakirə edilərək qərar qəbul edildi. Rektoratın ikinci məsələsi “Bir günlük xəlifə“ günü idi. Respublikada yalnız Azərbaycan Dillər Universitetində bir neçə ildir həyata keçirilən bu tədbir gün ərzində universitetin idarəçiliyini tələbələrin öz toplantılarında seçdikləri namizədlərin ixtiyarına verir.

Eurasia Diary teleqraf-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dillər Universitetinin (ADU) Elmi məsələlər üzrə prorektoru Novruz Məmmədov bildirib.

O qeyd edib ki, belə bir günün həm namizədlər, həm də tələbələr üçün tarixi bir gün olduğunu nəzərə alsaq, onların formalaşmasında nə qədər böyük əhəmiyyət daşıdığını təsəvvür etmək çətin deyil:

“İkinci tədbir, “Səfir saatı” tədbiri isə artıq iki ildir ki, keçirilir. Bu tədbir zamanı tələbələr ilə birlikdə universitetə dəvət olunmuş bir səfirlə görüş keçirir, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin vəziyyəti və perspektivləri ətrafında söhbət edirlər. Hər ay tələbə kollektivinin bir səfirlə, bu dəfə isə İtaliyanın Azərbaycanda akkreditə olunmuş səfiri Augusto Massari ilə görüşünə imkan yaradan bu tədbirin çox faydalı və əhəmiyyətli olmasına şübhə yoxdur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...