Nazirlər Kabinetinə yeni səlahiyyət verildi - FƏRMAN | Eurasia Diary - ednews.net

20 Sentyabr,


Nazirlər Kabinetinə yeni səlahiyyət verildi - FƏRMAN

Siyasət A- A A+
Prezident İlham Əliyev “Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
 
Eurasia Diary xəbər verir ki, fərmanla Nazirlər Kabinetinə yeni səlahiyyət verilib.
 
Belə ki, fərmanda aşağıdakı dəyişikliklər edilib:
 
1. 2.1-ci bənddən “4.2-ci maddəsində,” sözləri çıxarılsın və həmin bənddə “39.2-ci maddəsində (birinci halda)” sözləri “39.2-ci maddəsində (birinci və ikinci hallarda)” sözləri ilə əvəz edilsin.
 
2. Aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
 
“2.1-1. həmin Qanunun 39.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.
 
3. 2.2-ci bənddə “39.2-ci maddəsində (ikinci halda)” sözləri “39.2-ci maddəsində (üçüncü halda)” sözləri ilə əvəz edilsin.
 
4. 2.4-cü bənddən “4.2-ci maddəsində,” sözləri çıxarılsın və həmin bəndə “39.2-ci maddəsində” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilsin.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...