Millimiz Ermənistanla eyni qrupa düşdü | Eurasia Diary - ednews.net

24 Yanvar, Cümə


Millimiz Ermənistanla eyni qrupa düşdü

Siyasət A- A A+
Kişi basketbolçular arasında kiçik ölkələrin Avropa çempionatının püşkü atılıb.
 
Eurasia Diary xəbər verir ki, Almaniyanın Frayzinq şəhərində baş tutan tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
 
Yığmamız Ermənistan, İrlandiya və Andorra ilə B qrupunda mübarizə aparacaq. Qrupun matçları 2020-ci il iyunun 29-dan iyulun 4-dək Limerik şəhərində təşkil olunacaq.
 
Digər qrupda Malta, Cəbəllütariq və San-Marino basketbolçuları oynayacaqlar.
 
16 yaşadək oğlan basketbolçulardan ibarət yığma isə C divizionunda qüvvəsini sınayacaq. Püşk komandamızı A qrupunda Uels, Andorra, Moldova və Şotlandiyaya rəqib edib. Qrupun qarşılaşmaları iyulun 11-19-da Kosovanın paytaxtı Priştinada keçiriləcək.
 
Digər qrupda meydan sahibləri ilə yanaşı, Albaniya, Ermənistan, San-Marino, Cəbəllütariq və Malta gücünü yoxlayacaq.
 
Qeyd edək ki, ümumilikdə 18 növ üzrə yarışların püşkü atılıb.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...