Yaqub Eyyubova yeni vəzifə verildi - SƏRƏNCAM | Eurasia Diary - ednews.net

25 Sentyabr, Cümə


Yaqub Eyyubova yeni vəzifə verildi - SƏRƏNCAM

Siyasət A- A A+
Prezident İlham Əliyev “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
 
Eurasia Diary xəbər verir ki, sərəncamla Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:
 
Komissiyanın sədri
 
 
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
 
Komissiyanın üzvləri
 
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
 
Azərbaycan Respublikasının energetika naziri
 
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
 
Azərbaycan Respublikasının maliyyə naziri
 
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...